Sağlam bir zehinə sahib olmaq və irəliləyən yaşlarda zehni xəstəliklərdən uzaq durmaq üçün nələr edilməlidir? Bu sual tez-tez verilən suallar içindədir. Əslində bu işin sehrli bir düsturu yoxdur. Hər kəs ətrafındakı uzun yaşayan və zehni funksiyaları yerində işləyən insanlara baxaraq xeyli bir ipucu əldə edə bilər. Amma elmi işlər də son illərdə bu mövzuyla əlaqədar olduqca maraqlı ipucları verir.
Hər şeydən əvvəl bütün bədən üçün olduğu kimi beyin və zehin üçün də balanslı bir bəslənmə və balanslı bir həyat sanki qızıl bir açar hökmündədir. Tarazlıq yalnız bəslənmə olaraq başa düşülməməlidir. Zehni tarazlıq da çox əhəmiyyətlidir. Bundan əlavə fiziki hərəkət və zehni fəaliyyətdə olmaqla beynimizin sağlamlığı üçün çox əhəmiyyətli bir şey etmiş olarıq.
Az yeyin.
Tibbi olaraq ömrü uzatdığı bilinən 2 şey var: az yemək (kalori məhdudlaşdırması) və hərəkət (məşq). Bunların faydası beyin üçün də etibarlıdır.
Hər gün yeni bir söz öyrənin.
Söz xəzinəsinə edilən hər artıq şüurlu söz prosesləri birbaşa zehnin sağlamlığına müsbət təsir edir.
Gündə bir dəfə həqiqətən aclıq hiss edin.
Aclıq duyğusu tam olaraq meydana gəlmədən yeməyə məğlub olduğunuz təqdirdə mədədə ghrelin adlı hormon kifayət qədər inkişaf etmir. Bu hormon ancaq tam aclıq vəziyyətlərində ifraz olunar və ən əhəmiyyətli təsirləri arasında böyümə hormonunun ifraz olaraq artmasıdı (bədəni sakitləşdirmək) və beyində xüsusilə yaddaş ilə əlaqədar bölgələrin işinə müsbət qatqı təmin etmək ilk sıralarda sayıla bilər.
Hər gün ən az bir dəfə yüngülcə tərləyəcək qədər yorulun.
Hərəkət beynin qan dövranını artıraraq zehni fəaliyyətlərin nizamlanmasını təmin edir. Bundan əlavə tərləyəcək qədər fəaliyyətdə olmaq maddələr mübadiləsini yaxşılaşdırdığı kimi, beyin üçün faydalı bir çox hormonun səviyyəsini artırır.
Hər həftə üç-dörd sözün etimologiyasını öyrənin.
Sözlərin məna mənbələri ilə birlikdə öyrənilməsi, dil tapılması, yeni dil bərpası deməkdir. İntellektual beyin funksiyalarının tutumunu və keyfiyyətini yüksəldər.
Ən az bir sənətlə əlaqəli hobbi inkişaf etdirin.
Bədii sahələrdə ediləcək hər cür fəaliyyət beynin qəbuletmə və istehsal sistemlərini fəaliyyətə keçirərək bütün zehni sistemin bir uyğunluq içində işləməsini təmin edər.
Mind xəritəsini (mindmap) istifadəsini öyrənin.
Planlama və düşüncə axışı üçün istifadə zehin xəritəçəkmə texnikaları şüurun funksiyalar üçün olduqca faydalı nəticələr verir. İnternetdə mövzuyla əlaqədar bir çox proqram təminatı tapıla bilər (bir nümunə Surad)
Ciddi qərar qəbul etməmişdən əvvəl biraz gəzin.
Yüngül məşq beynin qan dövranını və maddələr mübadiləsini nizama salaraq daha sağlam düşünməyinizi və qərar verməyinizi təmin edə bilər.
Sevə biləcəyiniz hər şeyi sevin və sevdiklərinizi yaxınınızda tutmağa cəhd göstərin.
Sevgi hissi, beyində çox müsbət təsir göstərir,beyini təmizləyir.
İnanclara zidd bir şəxsi həyat daxili çatışmamazlığları, stress vəziyyətinin ortaya çıxmasına və beynin yaşlanmasına səbəb olar. Ona görə də olduğunuz kimi görünməyə, yaxud göründüyünüz kimi olmağa cəhd göstərin.
Həftədə bir dəfə "qəti olaraq bildiyiniz bir şey"-dən şübhə etməyə çalışın!
Bu çox əyləncəli və öyrədicidir. Xüsusilə qəti bildiyimizi düşündüyümüz mövzularda nə qədər az "məlumatımız" olduğunu bizə göstərərək əldə etdiyimiz fikirlərdə daha diqqətli olmağımız mövzusunda gözəl bir məşq olacaq.
Özünüzə səmimi bir şəkildə gülümsəyin.
Güzgünün qarşısına keçin və özünüzə səmimi bir şəkildə gülümsəyin. Beyin bədən hərəkətlərinə nəzarət edən orqandır. Bədən hərəkətləri də beynə sürətli şəkildə bildiriş göndərər və bu geri bildirişin ruh vəziyyətimiz və beyin iş ritmimiz üzərində inanılmaz təsirləri vardır. Əgər özünüzə baxaraq güzgüdə gülümsəsəniz, beyniniz bunu bir xoşbəxtlik siqnalı olaraq qəbul edər və xoşbəxt olacağınız dövrələri, həqiqətən də, fəaliyyətə keçirər. Hətta sadəcə öz-özünə gülümsəmək də eyni təsiri göstərən bir məşqdir. Həqiqətən də, daha da xoşbəxt halda yaşayacaqsınız.
Hər fürsətdə şükr edin.
Əlindəki ilə kifayətlənmək və buna görə Yaradana daim şükr etmək zehni vəziyyəti nizamlayır, insana dinclik verir.
Yatın.
Sonda isə çalışın ki, uyğun bir istirahət qrafikiniz olsun və gecələr zamanında yatın ki, beyniniz dincəlsin.
Qeyd: Bu məsləhətlərin hamıını bir adam tətbiq etməyə bilər. Hər kəs özünə uyğun olan bir neçə metodu sınayaraq hansını daha asan yerinə yetirə biləcəyini görməlidir.