Ramazan ayı gəldiyi zaman qadın və ya kişi fərq etməz bütün müsəlmanlara fərz olduğu üzrə şirin bir oruc təlaşı başlayar. Oruc, dan yerinin ağarmasından (imsaq) günəşin batışına qədər yemək, içmək və cinsəl həyatı dayandırma mənasını daşıyan bir ibadətin adıdır. Şimal tərəflərdə yay günlərinə rast gəldiyi zaman bir çox insanlar üçün orc tutmaq bir qədər çətinləşir. Bu qədər çətinliyə dözməyin səbəbi nədir? Tutduğumuz orucun bizə bir faydası varmı? Varsa, nədir?
İbadətləri yerinə yetirmənin əsas səbəbi "Allahın elə əmr etmiş" olmasıdır. Hər hansı bir əmr əvvəlcə bu səbəblə tətbiq olunmalıdır. Ardından isə o əmrin və ya ibadətin yaxud qadağanın "hikmətini" araşdırmamız da mümkündür. Oruc üçün də illərdir qəzetlərdən oxuduğumuz bir çox hikmətdən bəhs edilir: mədəmizi sakitləşdirər (o öldürücü iftarlara və sahurlara baxmayaraq!), bədənimizdən zəhərli maddələrin atılmasını təmin edər (iftardan sonra çəkdiyimiz o siqaret və çaylardan, istifadə etdiyimiz şirnilərdən və s. sonra!), fəqir-füqəranı anlamamızı, onlara mərhəmətlə yaxılaşmamızı təmin edər (məsələn: bütün gün ac qaldıqdan sonra iftarda bir quzunu tək başımıza yeyərək), nəfsimizə hakim olmağı bizə öyrədir (bu ramazan günülərində yolda tıxacları bir-birinə qatan oruclu yoldaşlara biri bunu xatırlatsa, olmazmı?), köməkləşmə və paylaşma hisslərini artırır, bədəni daha sağlam edir (iftarda yeyilən bu qədər yeməyə baxmayaraqmı? heç inanmıram!) və s.
Bu hikmətlər orucun səbəbləridir. Lakin biz niyə o hikmətlərlə çox az qarşılaşırıq? Niyə oruclu insanları, ümumiyyətlə, əsəbi, narahat, davakar və s. bir ruh halı içində görürük? Orucda bir problem olmadığına görə bu insanların orucunda əskik olan nədir?
Oruc tutarkən hiss edə biləcəyimiz, ola biləcək narahatlıqları şərh etmək üçün ümumiyyətlə, oruc tutuduğumuz zamandakı aclığı, zəruri aclıqla qarşılaşdırmaq, fəqir-füqəranın halını daha yaxşı anlamaq üçün gözəl bir təcrübə olduğu söylənilir. Halbuki, axşam olan kimi istədiyini yeyə biləcək biri üçün bu aclıq elə bir səbəb olmaz, ola bilməz.
Əslinə baxsanız, orucun təməl hikməti mənə görə nə füqəranı anlamaqdır, nə də sağlam olmaqdır. Oruc özümüzü anlamağımızı təmin edər. Bu dünyanın hər şeyinə nə qədər bağlı olduğumuzu, ən sadə vərdişlərimizdən bir az uzaq qalmağın belə bizi necə tari-mar edə bildiyini bizlərə bir aylıq bir müddət içində çox gözəl bir şəkildə göstərər. Orucu necə tutduğumuzdan müstəqil olaraq, oruc ibadəti əsnasında göstərdiyimiz rəftar və hisslərimiz, bizə o ibadətin məhək daşında özümüzü və ibadətlə olan əlaqəmizi göstərər. Yəni oruc əslində bizim bir güzgümüzdür, baxmağı seçdiyimiz təqdirdə Ramazan ayı içində özümüzü ilin başqa bir zamanında görə bilməyəcəyimiz fərqli bucaqlardan görə bilərik. Oruc "tam" olduqda, yəni Ramazanı bütün bucaqlardan digər zamanlardan fərqli keçirməyi beynimizə yeritdiyimiz zaman güzgüdəki görünüşümüz çox daha aydın və informativ bir hal alar.
Oruc tutarkən bəzi insan əsəbi olur. Əvvəllər mənim də elə günlərim olurdu, həm də heç az deyil! Oruc zamanı gərgin olan insan bu gərginliyini, ümumiyyətlə, digər insanlarla açıqlayır: Digərləri oruclu olarkən əsəblədirir, digərləri oruca hörmətsiz edir, digərləri xüsusilə Ramazanda gəlib damarımıza basır və.s. Halbuki, bunların heç biri adətən real, yaxud həqiqətin hamısı deyil. Oruc tutarkən gərgin olan insan əslində etdiyi ibadətin təsirinə düşə bilmədiyi üçün çətinlikdədir.
Oruc bir seçimdir. Lakin gündəlik həyatda edə biləcəyimiz bəzi şeyləri etməməyi seçmək bəzi zamanlarda bir "məhdudlaşdırılma" duyğusu yaradır. Ətrafımızda "azad bir şəkildə" yeyib-içənlər vardırsa, buartıq məhdudlaşdırılma kimi qəbul edilir! Halbuki, oruc ibadətinin təməlində iradi olaraq yeməyi-içməyi kəsmək, bunu istəkli olaraq seçmək vardır. Yəni oruc, həqiqətən də, azad iradəmizlə seçdiyimiz bir davranış formasıdır. Azad düşüncəsi olmayan insan bu ibadəti edə bilməz.
Oruclu insan ətraf ilə münasibətində orucu bir bəhanə olaraq istifadə edirsə, o ibadətin yerini tapmadığını və tapmayacağını düşünərəm həmişə. Oruc nəzəri olaraq insanı həmişə daha müsbət davranmağa itələməlidir. Oruclu insan digər zamanlara nisbətən daha dinamik, daha nəzakətli, daha sakit və daha şəfqətli ola bilməlidir. Oruc yalnız ağızdan girəni deyil, ağızdan və zehindən çıxanı da hal və hərəkətlərədə nəzarət edə bilməyi tələb edir. Oruclu bir insan ətrafına göndərdiyi hər bir mənfi siqnal ilə yalnız özünə deyil, şəxsən oruc ibadətinin özündə mənfi duyğular meydana gətirəcək bir səhv işlədiyini fərq etməlidir. İslamın öz qaynaqlarından, Quran və Hədislərdən öyrənə biləcəyimiz oruc əslində belə bir şeydir.
Qısacası, oruc yüksək bir şüur ​​təcrübəsidir. Ramazan bu təcrübənin bizlərə təklif edildiyi xüsusi bir zaman dilimidir. Orucu başqalarını deyil özümüzü anlamaq, özümüzü dinləmək və özümüzü azadlaşdırmaq üçün tuta bilsək, o zaman bu ibadətin məqsədinə bir addım daha yaxınlaşa biləcəyimizə inanıram.