Qadin.NET / Kəpənəklər haqqında

Kəpənəklər haqqında

Həyata bir tırtıl olaraq başlayıb kəpənək olaraq davam edən möhtəşəm naxışlara sahib kəpənəklərin bəziləri 24 saat, bəziləri isə 1-2 ay ömrə sahib canlılardır. Möhtəşəm naxışları ilə bərabər aşağıda sadalayacağımız maraqlı xüsusiyyətlərə də malikdirlər. Məsələn,  kəpənəklərinin  gecə ikən möhtəşəm qoxu hiss etmə duyğuları var. Erkək gecə kəpənəkləri 5 km uzaqlıqdakı dişinin qoxusunu rahatlıqla ala bilir. Bu yazımızda kəpənəklər haqqında diqqətinizi çəkəcək məlumatları sizlərlə paylaşacağıq.

Kəpənəklər haqqında

1. Elm adamlarına görə dünyada təxminən 20.000 kəpənək növü vardır. Kəpənəklər Antarktika xaric bütün qitələrdə yaşayır.

Kəpənəklər haqqında

2. Böyük ölçülü, bəlkə də bu günə qədər heç görmədiyiniz böyüklükdə kəpənək növləri var. Dünyadakı ən böyük kəpənək növü nəhəng qanadlı kəpənəklərdir. Qanadlarının uzunluqları 30 santimetrə yaxındır.

Kəpənəklər haqqında

3. Kəpənəyin uça bilməsi üçün ideal bədən istiliyinə sahib olması lazımdır. 15-40 dərəcə arası bir istilik kəpənək üçün ideal temperaturdur. Kəpənəklər bədən istiliklərini artırmaq üçün günəşdən istifadə edirlər.

4. Kəpənək təbiətin ən sirrli canlılarından biridir. Həyata tırtıl olaraq başlayır, pup olaraq davam edir. Sonda isə həyatı möhtəşəm naxışlara sahib kəpənək olaraq sona çatır.

 Kəpənəklər haqqında

5. Yeməklərini ayaqlarındakı dad qəbul ediciləri ilə dadarlar. Yemək mövzusunda seçici olmasalar da, üzərinə qonduqları bir şaftalının tüklərindən nə qədər şirin olduqlarını anlaya bilirlər.

Kəpənəklər haqqında

6. Maskalanma xüsusiyyətinə sahib olan kəpənək növləri də var. Malayziyalı yarpaq qanad növü, olduğu mühitə uyaraq özünü gizlədə bilir. Uçmadığı zamanlarda da qanadlarını yığaraq maskalanır.

Kəpənəklər haqqında

7. Təcavüzkar olan kəpənək növləri də vardır. Afrikada yaşayan yaşıl damarlı paşa kəpənəyi növü bilinən ən təcavüzkar kəpənək növdür.

Kəpənəklər haqqında

8. Çox kiçik kəpənək növləri də var. Ginnesin rekordlar kitabına görə dünyanın ən kiçik kəpənək növü ot mavisi kəpənəyidir.

Kəpənəklər haqqında

9. Bəzi kəpənək növləri eynilə skuns kimi çox pis iy verir. Məsələn zebra "qaranquş quyruq" növü ifraz etdiyi pis qoxu sayəsində ac heyvanlardan qorunur.

Kəpənəklər haqqında

10. Təbiətdə zəhərli kəpənəklər də vardır. Kral kəpənəyi olaraq tanınan kəpənək növü zəhərli ipək otu bitkisi ilə bəsləndiyi üçün kəpənək yeyən quş, kərtənkələ və s. böcəklər üçün təhlükəli bir ov ola bilər.

1 iyul 2014
GO BACK