Qoç
Qoç bürcündən olan analar uşaqlarına qarşı həddindən artıq qoruyucu mövqe tuturlar.Uşaqlarının həyatının hər addımında yanlarındadırlar.Məsələn,idmanla məşğul olmaq,düzgün qidalanmaq,sağlam həyat tərzi kimi məsələlər onların diqqətindədir.Sonsuz sevgi və səbirləri var.Buna görə də onların övladları məktəb illərində və bütün həyatında böyük uğurlar qazana bilir.Qoç bürcü analarının ən əsas xüsusiyyəti onların narahatlığıdır.
Buğa
Uşaqlarla münasibətdə sonsuz səbirli olurlar və bu onların hər zaman işlərinə yarayır.Uşaqlarının tərbiyəsinə az qala iməklədiyi vaxtdan başlaya bilirlər.Onların ən düzgün oyuncaqlarla oynadığından əmin olmağa çalışırlar.Çox vaxt evdə olmaq istəsələr də,təbiəti seyr etməyi çox sevirlər.Övladları ilə birlikdə heyvanxanaya və yaşıl parklara getməyi çox xoşlayırlar.
Əkizlər
Uşaq böyütməklə əlaqəli nə qədər ədəbiyyat varsa,hamısını oxumağa və kifayət qədər məlumatlı olmağa çalışırlar. Bu maraqları sayəsində onların uşaqları həyatları boyunca ən interaktiv oyuncaqlardan ən yaxşı disiplinə qədər hər şeyin ən yaxşısına sahib ola bilirlər.Bu bürcdən olan anaların yumru hissi də güclü olur. Asan ünsiyyət qura bildikləri üçün onların uşaqları da müxtəlif insanlarla tanış olacaq və özlərinə asanlıqla dost tapa biləcəklər.
Xərçəng
Bu anaların uşaqları elə bilin ki,lotereyada udub.Bu bürcdə olan analar şirinlikləri, həssaslıqları və göstərdikləri mehribançılıqla məşhurdurlar.Uşaqlarının nə vaxt qucaqlanmaq , nə vaxt oynamaq istədiklərini yaxşı bilirlər.Üstəlik qaydaları pozanda onları özlərinəməxsus üsulla tənbeh edirlər. Sadəcə bəzən çox yumşaq qəlbli bir ana olmamağa cəhd etməməlidirlər.Bir riyaziyyat məsələsi həll edəndə və ya yoldaşları ilə tərsləşəndə çox reaksiya verməyin.
Şir
Yaradıcılıq şir bürcündən olan anaların ən əsas xüsusiyyətlərindəndir.Uşaqları iloə birlikdə rəsm çəkməkdən və plastilinlə oynamaqdan zövq alırlar. Uşaqlarla çox gözəl ünsiyyət qura bilirlər.Bəzən övladlarına bir qədər sərbəstlik verməli olduqlarını unudurlar.
Qız
Gördükləri hər bir işi ən yüksək səviyyədə yerinə yetirmək istəyirlər.Uşaqları üçün ən yaxşı şeyləri düşünürlər.Bu xüsusiyyətlər demək olar ki,onların qanına işləyib. Amma bəzən hər bir detala bu qədər böyük diqqət ayırmaları uşaqları sıxır.
Tərəzi
Bu bürcün anaları mükəmməl bir tarazlığa malikdirlər. Hətta bir dəfə yuxusuz qalsalar belə,həyat yoldaşlarını, uşaqlarını və işlərini ən yüksək səviyyədə tuta bilirlər.Çox qayda-qanun tərəfdarı olmasalar da, uşaqları dişlərini fırçalamayanda və dərslərə hazırlaşmayanda qaydaları həvəslə onlara başa salırlar.
Əqrəb
Güclü hissiyyat bu bürcün ən başlıca özəlliklərindən biridir.Körpənin bezini nə vaxt dəyişməsindən tutmuş,məktəbdə pis bir gün keçirdiyinə qədər anlayırlar.Uşaqlarının onların dəstəyinə ehtiyacları böyükdür,bunu unutmasınlar.
Oxatan
Bu bürcdən olan analar inanılmaz dərəcədə optimistdirlər.Adi bir alış-verişi belə ekzotik bir gəzintiyə çevirə bilirlər.Övladlarına müxtəlif mədəniyyətləri,folkloru və s.öyrətməkdən zövq alırlar. Bu da gələcəkdə uşağın açıq fikirli bir insan olmasına səbəb olacaq. Lakin axşamlar onunla birlikdə yemək yeməyi unutmayın.
Oğlaq
Bu bürcdən olan xanımlar istiqanlı,səmimi və ailəsi üçün hər şeyi fəda edə biləcək cəhətlərə malikdirlər.Uşaqları danişmağa başladığı vaxtdan onlara düzgün insan və məsuliyyət sahibi olmağı öyrətməyə çalışırlar.Bu münasibətlər sayəsində övladları çox ağıllı olur.
Dolça
Bu bürcün anaları uşaqlar haqda olan kitab və jurnala çox fikir verməzlər.Bu kitablara riayət etməkdənsə,öz fikirləri ilə hərəkət etməyi üstün tuturlar.Hər zaman uşaqlarına dəstək olmağa və onlara sərbəstlik verməyə çalışırlar. Onların yemək və yatmaq vaxtlarını rejimə salmaqdan çəkinirlər.
Balıqlar
Balıq bürcündən olan analar şəfqətli və yaradıcı olurlar. Lakin bəzən bir qədər xəyalpərəst olur,məntiqsiz davranışlara yol verirlər. Məsələn, uşaqla bir yerə gedəndə uşaq bezlərini evdə qoyub,əvəzində oyuncaqları götürürlər.Sakitlik və sevgi bu xanımlar üçün çox vacibdir.