Bütöv meyvə yeyən uşaqlar dəcəl olur.
Uşaqlarınızın dəcəl olmasını istəmirsiniz? Elə isə onlara doğranmış meyvələr yedizdirin, heç bir halda sümüklü toyuq budları verməyin. Bu cür qənaətə ibtidai məktəbin yeməkxanasında videonəzarət sistemi quraşdıraraq müşahidə aparan Kornel Universitetinin alimləri gəlib. Bir qrup uşağa 6-10 il ərzində güclə dişlənə bilən bütöv alma, qarğıdalı, toyuq budu verilib. Digər qrupa isə həmin qidalar, lakin xırda doğranmış, həmçinin sümükdən ayrılmış vəziyyətdə verilib. Məhsulu bütöv halda alan uşaqlar digər uşaqlara nisbətən daha dəcəl olub və özlərini aqressiv aparıblar.
Qara pendir
Lizinhem kəndində (Linkolnşir, Böyük Britaniya) dünyada ən qara rəngli pendir istehsal olunub. Pendirin qara rəng almasına səbəb tərkibindəki aktiv kömürdür. Aktiv kömürün əlavə edilməsi çeddarın (holland pendirinin bir növü) dadına heç bir təsir göstərməyib. Bu il kömürlü çeddar "Farm Shop and deli" mesabiqəsində "Ən yaxşı ideya" nominasiyası üzrə 1-ci yeri qazanıb.
İlk görünüşdə xoş gəlməyən ərzaqlar
Böyük Britaniyanın böyük şəhərlərinin sakinləri olan 1000 nəfər arasında sorğu aparılıb. Sorğunun məqsədi ilk görünüşdən xoş gəlməyən və təkrar yeyilmək istənməyən ərzaqların üzə çıxarılması olub. Sorğunun nəticəsində məlum olub ki, birinci yerdə içalat durur: sorğuda iştirak edənlərin 30%-i bu ərzağın dadına bir dəfə baxıblar və bir daha bunu etməyəcəklərinə söz veriblər. 25%-i eyni fikri Marmite sousu (yapışqan, tünd qəhvəyi rəngli, kəskin qoxulu ərzaq) haqqında deyib. 16%-i həyatında 1-cə dəfə istridyə adlı qidanın dadına baxmaqla kifayətlənib.
Uşaqlardakı alergiyanın səbəbi hamiləykən ananın qidalanmasıdır.
Təxminən 20 milyon avropalı hər hansı qida məhsuluna qarşı allergiyadan əziyyət çəkir. Lakin alimlər hələ də allergiyayla bağlı mübarizə yollarını, hətta səbəblərini aşkar edə bilmirlər. Mançester Universitetinin (Böyük Britaniya) allerqoloqu Kler Miliz 10 il ərzində Avropanın müxtəlif ölkələrindən 12.000 uşaq üzərində müşahidə aparıb. Alim belə qənaətə gəlib ki, uşaqda allergiyanın inkişaf etməsinə səbəb hamiləlik və südvermə zamanı ananın qidalanmasıdır. Ananın qidası nə qədər müxtəlif olsa, uşaqda allergiya ehtimalı bir o qədər azalar. Parlaq bir misal: Britaniyalı analar nadir hallarda fıstıq və qoz-fındıq yeyirlər, uşaqlarında isə bu qidalara qarşı allergiya daha çox olur.