Qadin.NET / İnsan bədəni qüsursuzdur

İnsan bədəni qüsursuzdur

İnsan bədəni möcüzəvi bir quruluşa malikdir. Bədəninizin edə bildikləri haqqında çox şeyi bildiyinizi düşünürsünüzsə, bir də bu siyahıya göz gəzdirin. O zaman ona heyranlıq duymağa başlayacaq və Allahın qüdrətinə şükr edəcəksiniz. 

İnsan bədəni qüsursuzdur
1. Orta hesabla bir insan həyatı boyunca iki hovuzu dolduracaq miqdarda tüpürcək ifraz edir.
2. Hər 60 saniyə içində qırmızı qan hüceyrələrimiz bədənimizdə tam dövrə edir.
3. Bəzən sidiyə getməzdən əvvəl sidik kisənizin necə böyüdüyünü gözlərinizlə görməniz mümkündür.
4. Bir çox körpə mavi gözlü doğulur, lakin ultrabənövşəyi şüalara məruz qaldıqca göz gerçək rəngini alır.
5. Bir çox qərbli insan həyatı boyunca 50 ton yemək və 50 000 litr maye qəbul edir.
İnsan bədəni qüsursuzdur

 

6. Əl və ya ayağınızda yeni bir dırnağın başdan sona qədər böyüməsi üçün yarım il lazımdır.
7. Göz əzələləriniz gündə 100 min dəfə sıxılır. (Bu sıxılma, ayaq əzələlərinizin 80 km yol gedərkən yaşadığı sıxılmağa bərabərdir.)
8. Həyatınız boyunca 18 kq dəri tökürsünüz.
9. Beyniniz ümumi oksigen və kalori qəbulunun 20 faizini istehlak edir.
10. Hər bir böyrəkdə olan 1 milyona yaxın filtr hər dəqiqədə 1,3 litr qan təmizləyər və 1,5 litr sidik boşaldar.
İnsan bədəni qüsursuzdur

 

11. Yumurtalıqlarda 500 mindən çox yumurta var, lakin bunlardan yalnız 400-ə qədərindən canlı yaranır.
12. Hər bir insanın özünəxas qoxusu var. (Yalnız əkizlər eyni qoxuya sahib ola bilərlər.)
13. Heç düşünübsünüzmü ki, mədəmiz niyə öz-özünü həzm etmir? Bunun səbəbi mədə hüceyrələrinin istehsalının məhvindən daha qısa sürməsidir.
14. Hər bir insanın bədənində yarım milyon tər vəzi var və bunlar hər gün yarım litr tər ifraz edirlər.
15. İnsanlar son dərəcə vizualdır. Ətrafınızda əldə etdiyiniz məlumatların 90 faizi gördüklərinizdən gəlir.
İnsan bədəni qüsursuzdur

 

16. Özünüzü qıdıqlamaq az qala qeyri-mümkündür. lol
17. Yanıq xəstələrinin dərilərinin yenilənməsində əksəriyyətlə körpələrin sünnət dərisi istifadə olunur.
18. Arasındakı ağırlıq fərqindən asılı olmayaraq müqayisədə beton insan sümüyünə nisbətən 4 qat daha kövrəkdir.
19. Dəriniz ən böyük orqanınızdır. Yetkin birinin dərisi enlədilsə 1.8 kvadrat metr sahəni tutar.
20. Bir şeyin dadını hiss etmək üçün o şeyin tüpürcəyinizdə həll olunması lazımdır. (Dilinizi qurudub bir yeməkdən dad almağa çalışın).
İnsan bədəni qüsursuzdur

 

21. Kişilər hər gün 10 milyona yaxın sperm ifraz edərlər. (Bu bütün planeti 6 ayda yenidən insanla doldurmağa kifayətdir).
22. Yarım saat içində bədəniniz 1,8 litr suyu qaynatmağa yetəcək miqdarda istilik istehsal edə bilər.
23. Hər bir insanın bədənində 300 milyondan çox kapillyar damar vardır və bu damarlar uc-uca əlavə olunacaq olsaydı, 3000 km uzunluğunda olardı.
24. Çox yuxu görmək yüksək IQ- ya sahib olmaqla əlaqəlidir (IQ zəkanı yoxlama məqsədli bir neçə müxtəlif standartlaşdırılmış testlərdən çıxarılan dəyərdir).
25. Səhər oyandığınız zaman gecə yatdığınız halınıza müqayisədə 1 sm daha uzun olarsınız. Bunun səbəbi onurğanızdakı qığırdağın gün boyunca yavaşca sıxılmasıdır.
Hələ də möcüzələrə inanmırsınız?
27 iyun 2014
GO BACK