Qadin.NET / Kənan İmirzalıoğlu

Kənan İmirzalıoğlu

Kənan İmirzalıoğlu
Kenan İmirzalıoğlu Mustafa və Ulduz İmirzalıoğlunun ən kiçik uşaqları olaraq 18 iyun 1974-cü il tarixində Ankaraya bağlı olan Balada Üçem kəndində dünyaya gəldi. Dərviş və Yasəmən adında bacı-qardaşı var. İbtidai təhsilini Balada tamamladıqdan sonra orta təhsilini tamamlamaq üçün Ankaraya xalasının yanına köçdü. Orta və lisey təhsilini Ankarada aldı.
İlk sınağında universitet imtahanını keçə bilməyərək ailəsinin yanına dönmüş olsa da, bir sonrakı universitet imtahanını keçərək Yıldız Texniki Universitetinə qəbul olan İmirzalıoğlu burada Riyaziyyat oxudu. Universitetdəki yoldaşlarının israrları üzərinə qatıldığı modellik yarışmasından müvəffəqiyyətlə ayrılması üzərinə modellik karyerasına başladı və 1995-ci ildə Türkiyənin ən yaxşı modeli seçildi. Türkiyə birincisi olaraq qatıldığı Best Model of the World yarışmasını da qazanan İmirzalıoğlu oldu.
Kənan İmirzalıoğlu
Televiziya və kino ekranlarıyla tanış olması isə məşhur rejissor Osman Sınavın sayəsində reallaşdı. O, "Dəli ürək" serialının seçmələrində müvəffəqiyyətli oldu və 1999-2002 illəri arasında çəkilişi davam edən serialda Yusuf Miroğlu xarakterini canlandırdı. Müvəffəqiyyətli aktyor serialın davamı olaraq göstərilən kino filmi "Dəli ürək: Bumeranq Cəhənnəmində" rol alaraq kino həyatına da qədəm qoydu. "Dəli ürək" serialı bitdikdən sonra dil təhsili üçün Amerikaya getdi. Amerikadan dönüncə bir çox film və serial üçün təklif aldı. Uğur Yücelin yazıb idarə etdiyi "Alacaqaranlıq" serialını qəbul etdi. Daha sonra eyni heyətin hazırladığı "Yazı tura" adlı kino filmində rol aldı.
2003-2005 illəri arasında Yağış Taylanın idarə etdiyi və Uğur Yücel ilə birlikdə baş rollarını oynadığı "Alacaqaranlıq" adlı detektiv serialda Ferit Çağlayan xarakterini canlandırdı. "Alacaqaranlıq"-ı 2005-2007 illəri arasında Selin Demiratar ilə birlikdə baş rollarını paylaşdığı "Acı həyat" və 2009-ci ildən etibarən çəkilən "Ezel" adlı seriallarda çəkildi. Cansu Dere ilə birgə baş rolunu paylaşdığı və usta rejissor Uluç Bayraktar tərəfindən idarə edilən serial türk televiziyalarının ən çox izlənilən aksiyon və dram seriallarından biri oldu.
Kənan İmirzalıoğlu 
2007-ci ildə efirlərə daxil olan "Kabadayı"-da əfsanəvi oyunçu Şener Şen ilə birlikdə iş fürsətini tutan İmirzalıoğlu bu filmdə canlandırdığı narkotik asılısı, mafiya atası Devran roluyla sevənlərinin könlündə taxt qurmağı bacardı. Məşhur aktyorun rol aldığı son film 22 yanvar 2010-cu ildə ekralaşdırılan "Ejder Kapanı" oldu. Əqrəb Cəlal adlı bir baş komissar rolunu canlandırdığı film sayəsində ikinci dəfə Uğur Yücel ilə birlikdə iş fürsəti tapan İmirzalıoğlu filmə olan ümidlərinin yüksək olduğunu ifadə etdi.
Kənan İmirzalıoğlu
Uzun müddətdir ki, "Alacaqaranlıq"-da birlikdə rol aldığı oyunçu Zeynep Beşerler ilə birlikdə olan məşhur aktyor gecə həyatını sevmir  və evində sakit bir həyata davam etməyi üstün hesab edir.
2012-ci ildə Osman Sınavın rejissorluğunu boynuna götürdüyü Tuğçe Kazaz ilə baş rollarını paylaşdığı "Uzun hekayə" adlı kino filmində rol aldı. Yenə 2012-ci ildə başlayan "Karadayı" adlı serialda Bergüzar Korel ilə baş rolu paylaşdı.
Mükafatları:
2005 - Adana Qızıl Koza Film festivalı, "Ən yaxşı aktyor" ("Yazı tura")
2010 - Sadri Alışık Kino mükafatları, "Ayhan Işık Münsif Xüsusi Mükafat"-ı ("Ejder kapanı")
2010 - İsmayıl Cem Televiziya mükafatları, "Ən yaxşı aktyor"  ("Ezel")
2010 - 37-ciAltın Kelebek mükafatları,  "Ən yaxşı aktyor" ("Ezel")
Filmləri:
1998-2002 - "Dəli ürək" (Yusuf Miroğlu), serial
2001 - "Dəli ürək: Bumeranq Cəhənnəmi" (Yusuf Miroğlu), film
2003-2005 - "Alacaqaranlıq" (Ferit Çağlayan), serial
2004 - "Yazı tura" (Cövhər), film
2005-2007 - "Acı həyat" (Mehmet Kosovalı), serial
2006 - "Son Osmanlı Yandım Ali" (Ali), film
2007 - "Kabadayı" (Devran), film
2009 - "Ejder Kapanı" (Əqrəb Cəlal), film
2009-2011 - "Ezel" (Ezel Bayraktar), serial
2012 - "Uzun hekayə"
2012 - "Karadayı" (serial)
27 iyun 2014
GO BACK