Qadin.NET / Top 10 ən romantik evlənmə təklifi

Top 10 ən romantik evlənmə təklifi

İnsan öz ikinci yarısına necə evlənmə təklifi etməlidir ki,yox cavabı almasın.Bunun üçün
müxtəlif üsullar vardır.Məşhur ulduzlar öz tecrübələrini bizlərlə paylaşmışlar.

Haydi Klum və Sil

Top 10 ən romantik evlənmə təklifi


Haydinin ona ərə gəlməsinə razı etmək üçün Sil çox ciddi-cəhdlə çalışmışdır.
Bunun üçün Sil sevgilisini vertolyotla gəzmək üçün dəvət etmiş və...........onu dağlara götürmüşdür.
Klum üçün ən maraqlısı hələ qabaqda idi.sil vertolyotu 4 267 m hündürlükdə endirdi.Müğənninin xahişi ilə burda əvvəlcədən
qardan ev hazırlanmışdır(eskimos evi).Evin içərisində qızılgül ləçəkləri ilə bəzədilmiş çarpayı,şamlar,şirniyyatlar və şampanlar vardı.
Məhz belə bir şəraitdə Sil Haydiyə evlənmə təklifi etdi və ona 10 karatlıq brilyantı olan nişan üzüyü bağışladı.

Sizcə bu halda Haydi Klum imtina edə bilərdimi? fellow
Keti Holms və Tom Kruz



Top 10 ən romantik evlənmə təklifi


Tom Kruz Ketiyə evlənmə təklifini dünyanın ən romantik şəhərlərindən olan Parisdə etməyi qərara aldı.
Məşhur oyunçu öz sevgilisinə onların tanışlığından cəmi 2 ay sonra ərə gəlməsini təklif etmişdir.
Kruz Keti üçün Eyfel qülləsinin yuxarısında Parisin ən məşhur restoranlarından birində "Le Jules Verne"də romantik səhər yeməyi verdi.
Sevgilisinə 5 karat brilyantı olan gözəl bir üzük bağışladı.Keti "hə" dedi.

Pink və Keri Hart

Top 10 ən romantik evlənmə təklifi


Müğənni Pink çox zaman hər şeyi öz əlinə almağı bacarır.
Onun ərə getməsi də bilavasitə özündən asılı olmuşdur.
Pink özü sevgilisi Keri Harta evlənmə təklifi etmişdir.
Bu hadisə Kerinin iştirak etdiyi motosiklet yarışları zamanı baş verdi.
Pink yarış zamanı belə bir şüarla"Mənimlə evlənərsənmi?" tamaşaçılar içərisində idi.
Hart bu şüarı görüncə təəccübləndi və motosikletini dayandırmağa cəhd edərkən,Pink şüarın o biri tərəfini çevirdi."Mən ciddiyəm".
Keri ona yaxınlaşıb təklifi qəbul etdi.

Tori Spelling və Din Makdermontt

Top 10 ən romantik evlənmə təklifi


Yeni il gecələrindən birində Din Makdermontt sevgilisini at arabasında gəzməyə çıxardı.
Sevgililər Çin fənərləri ilə bəzədilmiş 500 m yolu getdikdən sonra gözəl təşkil olunmuş axşam yeməyi məclisinə yetişirlər.
Masa yeni il əhval-ruhiyyəsində bəzədilmişdi.Makdermott bir dizi üstə çökərək Toriyə evlənmə təklifi etdi.
O da razılığını bildirdi.
İndi onların hər ikisinin də 2 övladı böyüyürlər .Hər il Makdermott öz həyat yoldaşına məhəbbət rəmzi olaraq yeni bir üzük bağışlayır.

Kristina Aqilera və Cordan Bratman

Top 10 ən romantik evlənmə təklifi


Cordan Bratman Kristinaya evlənmə təklifini Kaliforniyadakı qonaq evlərindən birində etmişdi.
Musiqiçi otağı qızılgül ləçəkləri və müxtəlif qutu hədiyyələrlə bəzəmişdi.Hər bir qutunun içərisində Cordanın Kristina üçün yazdığı şerlər vardır.
Kristina otağa daxil olanda heyrətini gizlədə bilmədi.Sonuncu qutuyu açarkən o,5 karatlıq brilyant nişan üzüyünü gördü.
Bratman bu anda diz çökərək evlənmə təklif etdi.Kristina əlbəttə ki,razılaşdı.
2005-ci ildə toyları oldu.1 oğlanları var.

Ardı var...

13 iyul 2009
GO BACK