Qadin.NET / Alişan

Alişan

Alişan
Alişan arabesk və pop musiqi müğənnisidir. Baş rolunda oynadığı "Aynalı Tahir" (1998) adlı serialla məşhur olan və sevilən müğənni 2007-ci ilin aprelində çıxardığı "Kimsəyə güvənə bilmərəm" albomu ilə musiqi bazarında yenidən gündəmdədir. Alişan 2004-ci ildən yayımlanmağa başlayan "Cənnət məhəlləsi" serialında Fərhad rolunu canlandırır. Serialın çəkilişi hal-hazırda davam edir.
Əsl adı Serkan Burakdır. O, 19 iyun 1976-cı ildə İstanbulda dünyaya gəlib. Ailəsi əslən Bingölün Kiği rayonundan olan Alişan kiçik yaşlarından musiqiyə olan marağı və qabiliyyətiylə diqqətləri öz üzərinə çəkib. Oxuduğu türkülərlə məktəb illərində də müəllimlərin maraq mərkəzində olub. Əslində pilot olmaq istəyən Alişan girdiyi universitet imtahanlarında müvəffəqiyyət qazana bilməyib. 21 yaşındaykən "Prestij Musiqi"də işə başlayan Alişanın "Sənə bir şey olmasın" (1997) adlı albomu nümayiş olunub. Alişan bundan əvvəl də liseyə başladığı zaman atasının maddi dəstəyi ilə bir albom çıxarmışdı. "Prestij Musiqi"nin üç ortağından biri olan Hilmi Topaloğlu onların ailə dostu idi. Albomun çıxarılmasında digər ortaqlar - Mahsun Kırmızıgül və Burhan Aydemir də iştirak edib. Alişan albomunda olan "Kralı gəlsə" adlı mahnı ilə məşhurlaşıb. O, daha sonra İstanbul Texniki Universiteti Konservatoriyasına daxil olub.
Alişan
Erol Kosa ilə işə başlayan və 1999-cu ildə "Var ya" adlı ikinci albomunu çıxaran Alişan serala çəkilməyə də davam edib. Eyni il
"Qurt qapanı" (Falçata Kamal rolunda) adlı serialda Kenan Kalav və Pınar Altuğla birlikdə rol alıb. 2001-ci ildə isə "Aşkına eşkıya" adlı serialda baş rolda oynayıb. Berşan rolundakı Alişana Arzu Yanardağ, Erkan Petekkaya və Hande Kazanova yoldaşlıq edib.
Alişan 2002-ci ildə "Çobanyastığı ilə qarabibər" adlı Ümid Efekan filmində rol alıb. Bu film 2004-cü ilin sentyabrında yayımlanıb.
Alişan
Alişan 7 yanvar 2007-ci ildə məşhur oyunçu və şoumen Mehmet Əli Erbilin qızı ilə nişanlanıb. Evlərində keçirilən mərasimdə cütün üzüklərini məşhur prodüser İlker İnanoğlu taxıb. Lakin cütlük qısa müddət sonra ayrılıb.
30 iyul 2014
GO BACK