Qadin.NET / Şəfalı heyvanlar

Şəfalı heyvanlar

Şəfalı heyvanlar
Qarışqa yumurtası yağı
İran mənşəlidir. Osmanlı dövründə hərəm cariyələrinə və Uzaq Şərq qadınları arasında olduqca məşhur olub. Bədən tüklərini azaltmaqda istifadə edilir, proses tüklər alındıqdan sonra həyata keçirilir.
Şəfalı heyvanlar

Dəvə südü

Misir kraliçası Kleopatranın hər gün dəvə südü ilə yuyunduğu əfsanəsini yəqin ki, hər kəs eşidib. Ənənəvi tibbdə əsrlərdir diabet müalicəsində dəvə südündən istifadə edilir. Afrikada QİÇS xəstələrinə içirdilir. Dəvə südü vitamin və zülal anbarıdır. Çünki dəvə südündə inək südündən üç qat daha çox C vitamini və 10 qat çox dəmir var. B vitamini və maqnezium baxımından da son dərəcə zəngindir.

Şəfalı heyvanlar
Köpək balığının qaraciyər yağı
İmmunitet sistemini gücləndirir. Tərkibində olan squalene maddəsi şişin inkişafına və böyüməsinə mane olur. Bakteriya, virus və xərçəng hüceyrələrini yox edən ağ qan hüceyrəsi növünün sayını artırır, bu səbəbdən kimyaterapiya müalicəsi alan xərçəng xəstələrinə müalicə məqsədilə verirlər.
Şəfalı heyvanlar
Köpək balığının qığırdağı
Köpək balıqlarının qığırdaqları qurutma və dondurma üsuluyla əldə edilir. Yüksək nisbətdə zülal, kalsium, natrium, fosfor və kondroitin sulfat deyilən ən əhəmiyyətli qığırdaq hissəsinə daxildir. Bir çox oynaq xəstəliyində, oynaq revmatizmində, osteoporozda olduqca təsirlidir. Yaraları yaxşılaşdırır. Ekzema və sədəf xəstəliyinə xeyirlidir.
Şəfalı heyvanlar
İlan yağı
Ənənəvi Çin tibb dərmanlarındandır. Anti-iltihab və ağrıkəsici təsirləri var. Ən çox revmatoid artrit, oynaq revmatizmi kimi oynaq narahatlıqlarında istifadə edilir. Saç tökülmələrinə və saçqıranlara qarşı tarix boyunca  istifadə olunub. Saç diblərində qan dövranını artırdığı deyilir.
Şəfalı heyvanlar
İlbiz sekresiyası
Özünəxas ifrazatı ilə ilbiz boyundan böyük işlər görə bilir. Bu ifrazatların hüceyrə yeniləyici xüsusiyyəti var. Ayrıca, bu ifraz ölü dərinin atılmasına da kömək olur. Bəzi əhəmiyyətli antioksidant maddələri də özündə saxlayar. Dəri yaşlanmasını gecikdirici təsirləri də var.
Şəfalı heyvanlar
Arı südü
Parkinson və alzheimer xəstəliklərinin irəliləməsini, yaşlanmağı gecikdirir. İmmun sistemini gücləndirər, mikrob xəstəliklərindən qoruyar. Yara, yanıq və sınıqların yaxşılaşmasını, hüceyrə yenilənməsini sürətləndirir. Xroniki yorğunluq sindromu və stressə qarşı mübarizədə çox əhəmiyyətlidir.
Şəfalı heyvanlar
Zəli müalicəsi (Hirudoterapi)
Babil və Misirli həkimlərin, məşhur həkimlərdən Galen və İbn Sinanın da zəli müalicəsi tətbiq etdiyinə dair kitabələr vardır. Almaniyada bir çox hirudoterapi klinikası mövcuddur. Zəlilər ağrıkəsici və qüvvətli antioksidan ehtiva edən maddələr ifraz edərlər. Varikoz, babasil, damar tıxanmaları, oynaq və dəri xəstəliklərində istifadə olunur.
Şəfalı heyvanlar
Banan hörümçəyi
ABŞ-da mütəxəssislər tərəfindən aparılan araşdırmada banan hörümçəyi və ya "Phoneutria nigriventer" adıyla tanınan hörümçək növlərinin dişlədiyi bölgədə ereksiya təsiri yaratdığı görülüb. Mütəxəssislər isə bu hörümçəklərin ereksiya problemi yaşayan kişilərin müalicəsində istifadə edilə biləcəyini düşünürlər.
18 iyun 2014
GO BACK