Qadin.NET / Luici Bokkerini

Luici Bokkerini

Luici Bokkerini

İtalyan klassik bəstəkarı və mahir violençel ifaçısı Luici Bokkerini 18ci əsrin ortalarında Avropanı ələ keçirən Qalant musiqi tərzinin əsas nümayəndələrindən biri olmuşdur. O, musiqi janrı kimi simli kvartetin inkişafına mütləq təsir göstərmiş (Yozef Haydn “kvartetin atası” hesab olunur) və ilk simli kvintetin müəllifi kimi tanınmışdır.

Bokkerini ilk bəstələrini 17 yaşında çap etdirmişdir. Atası ilə Milan səfəri uğurlu keçsə də, 1766cı ildə atası vəfat edir. Bundan sonra violençel Filippo Manfredi’yə qoşulan Luici, Parisə gəlir (1767) və yeni cütlük qitə mədəniyyətinin  mərkəzində olduqca tanınmağa başlayır. Bu dövr bəstəkar üçün “simli kvartet vaxtları”dır.

1769-cu ildə cütlük Fransanı İspaniyaya dəyişir. Bu qərarın qəbulunda ölkədəki  ispan səfirinin Luiciyə təsiri də mühüm rol oynamışdı. Yeni bir janra istiqamətlənən Bokkerini üçün bu dövrü simli kvintet vaxtlar adlandırmaq olar. Əlavə olaraq violençel ifasına köklənmiş bəstəkar, 1771ci ildə ilk evliliyini reallaşdırır; Klementino Peliço adlı qadından 5 uşaq sahibi olur.

1785-ci il Luici üçün çətin keçir; əvvəlcə həyat yoldaşı Peliço, arxasınca rəisi və əsas maliyyə dəstəkçisi arxiyepiskop Don Luisin ölümü. Növbəti illərini kral Çarlzın təyin etdiyi pensiya ilə yaşayan Bokkerini sonradan Prussiya lideri olacaq Fridrix Vilhelmin “xüsusi otaq bəstəkarı” (composer of chamber ) tərifinə layiq görülür. Yeganə operası olan və vəfat etmiş arvadına həsr etdiyi “Klementina”-nı məhz bu ərəfələrdə qələmə alır. 

Luici Bokkerini

Luici Bokkerini 2-ci dəfə 1787-ci ildə, Xoakina Porreti adlı xanımla evlənir. Yenidən bədbəxt hadisələr bəstəkarın yaxasını buraxmır; 1802-ci ildə 2 qızı, 1804-cü ildə 2-ci arvadı ilə digər bir qızı vəfat edir. Baş vermiş siyasi oyunlar nəticəsində kral pensiyasından da məhrum olmuş Luici kasıb həyatında xəstəlikdən də əziyyət çəkməyə başlayır. 1805-ci ildə acınacaqlı vəziyyətdə ölən Bokkerini İspaniyada Müqəddəs Maykl kilsəsində dəfn edilsə də, 1927-ci ildə Benito Mussolininin göstərişi ilə sənətkarın qəbri İtaliyanın Lukka şəhərindəki San Fransisko kilsəsinə gətirilir. Bəstəkar 62 illik həyatı boyu 500-dən çox dini musiqi, simfoniya və konsertlərin müəllifi olmuş, ömrünün axırlarını keçirtdiyi İspaniya mədəniyyətindən təsirlənərək “Fadango” kimi möhtəşəm əsərə imza atmışdır.

 

Dinləyəcəyiniz əsəri isə çoxları eşitsə də, müəllifindən xəbərsizdir. Buyurun, dinləyin…

17 iyun 2014
GO BACK