Qadin.NET / Barış Falay

Barış Falay

Barış Falay
Barış Falay 1972-ci il aprelin 9-da Balıkəsirdə anadan olub. Ailənin ikinci övladıdır. Atası məmur olduğu üçün uşaqlığı müxtəlif şəhərlərdə keçmişdir. Trakyadan Diyarbakıra qədər gəzmiş, üçüncü sinifdə oxuyarkən ailəsilə birgə Ankaraya gəlmiş və ibtidai, orta məktəbi, liseyi Ankarada oxumuşdur.
 Barış Falay
Kollecin ikinci kursunda işıqçı olaraq çalışdığı teatrda işə gəlməyən bir aktyorun əvəzinə səhnəyə çıxmışdır.
Ankara Universitetinin dil, tarix, coğrafiya fakültəsinin teatr hissəsini bitirmişdir. Universitetdə oxuyarkən barmen, qarson və yay tətilində Bodrumda barda administrator işləyib. Müxtəlif teatrlarda və Ankara Dövlət Teatrında 2 il çalışdıqdan sonra 1997-ci ildə İzmit Şəhər Teatrında aktyorluğa başlayıb. "Hamlet" ilə başlayan teatr həyatı, "Üç qəpiklik opera", "Qonaq", "Yük maşını", "Roberto Zucco", "Qırmızı yorğunlar", "Əziznamə", "Sülh", "Bahar nöqtəsi", "Yaşar nə yaşar, nə yaşamaz ", " Qərar kimindir" tamaşalarında rol alıb.
Barış Falay
"Dəniz qızı nağılı" və "Bir yaz gecəsi yuxusu" adlı teatr tamaşalarına rejissorluq edib. Teatr həyatına Kocaeli Böyükşəhər Teatrında davam edən Barış Falay teatrın nəzdindəki Teatr Məktəbində təlimçi işləyir.
Barış Falay
"Şirin həyat", "Yarım alma", "Dadı" kimi sitkomlarda kiçik rollarla kino karyerasına addım atan Barış Falay "Aliyə" adlı serialda canlandırdığı Mücahid (Müco) xarakteri ilə ilk uğuruna imza atıb. "Ezel" serialında Kerpeten - Ali Qırğız rolunu canlandırmışdır.
Barış Falay aktrisa Esra Ronabar ilə 2006-cı ildə ailə qurub, bir oğlu var.
Barış Falay
Oynadığı serial və filmlər:
2011 - 2012 - "Al yazmalım"
2011 - "Ezel"
2011 - "Bəs sonra"
2011 - "İngilis Kamal"
2010 - "Sərvi boylum, al yazmalım"
2009 - "Ezel"
2009 - "İstanbul uşaqları"
2008 - "Şeytanın pabucu"
2008 - "Kirpi"
2007 - "Çevrə xaricində"
2006 - "Bəbəyim"
2004 - 2005 - "Aliyə"
2004 - "Arvadım və anam"
2002 - "Yarım alma"
2002 - "Kuzenlerim"
2001 - "90-60-90" (TV serial)
2001 - "Bizim uşaqlarımız"
2001 - "Şirin həyat"
2000 - "Dadı"
1995 - "Çiçək taksi"
6 iyul 2014
GO BACK