Qadin.NET / Bollivud aktyorları (son)

Bollivud aktyorları (son)

Bollivud aktyorları (son)

Kunal Kapur

18 oktyabr 1977-ci ildə Mumbay şəhərində anadan olmuşdur. İki bacısı var. O deyir ki, incəsənət sevgisinə görə filmə çəkilir, pula görə yox. Onun ən yaxşı dostu Hrithik Roşandır. Fitneslə məşğul olur. Nə içir, nə çəkir, sağlam həyat tərzi sürür. Subaydır.

Bollivud aktyorları (son)

Uday Çopra

Aktyor, prodüser və rejissor köməkçisidir. 5 yanvar 1973-cü ildə Hindistanda anadan olmuşdur. O, mərhum Yaş Çopranın oğlu və Aditya Çopranın qardaşıdır. Filmə çəkilməyə 17 yaşında atasının köməyi ilə başlayıb. İlk filmi "Aşiqlər“ olub. Subaydır.

Bollivud aktyorları (son)

Vivek Oberoy 

Aktyor, yazıçı, prodüserdir. Əsl adı Vivek Annand Oberoydur. Məşhur aktyorun oğludur. 3 sentyabr 1976-cı ildə Mumbay şəhərində anadan olmuşdur. Bir bacısı var. Evlidir.

Bollivud aktyorları (son)

Ranbir Kapur

28 sentyabr 1982-ci ildə Mumbay şəhərində anadan olmuşdur. Məşhur aktyor Rişi Kapur və aktrisa Nitu Sinqin oğludur. Ranbir aktyorluq karyerasına rejissor Sancay Lila Bhansalinin köməkçisi olaraq başlamışdır. Rejissorluq kursunu bitirib. Bir bacısı var. Subaydır.

Bollivud aktyorları (son)

Bobbi Deol 

27 yanvar 1967-ci ildə Hindistanda anadan olmuşdur. Əsl adı Vidcay Dharam Sinqh Deoldur. Əfsanəvi Bollivud aktyoru Dharmendranın ikinci oğludur. Qardaşı Sanni Deolda aktyordur. Evlidir, iki övladı var.

Bollivud aktyorları (son)

Sanni Deol

 Aktyor, prodüser, rejissor. Əsl adı Ajay Dharam Sinqh Deoldur. 19 oktyabr 1956-cı ildə Nyu-Dehlidə anadan olmuşdur. Əfsanəvi  Bollivud aktyoru Dharmendranın oğludur. Evlidir, iki övladı var.

Bollivud aktyorları (son)

Mimoh Çakraborti

Əsl adı Mohakşaydır. 30 iyul 1984-cü ildə Bombey şəhərində anadan olmuşdur. Onun atası məhşur aktyor Mithun Çakrabortidir. Atçılıq, karate, kik-boks, cüdo ilə məşğul olur. Subaydır.

Aşmit Patel

13 yanvar 1978-ci ildə Mumbay şəhərində anadan olmuşdur. Valideynləri Amit və Aşa Pateldir. Ailədə 2 uşaqdırlar. Bir bacısı var - Amişa Patel. Subaydır.

12 iyun 2014
GO BACK