Düymələr bizim həyatımızda əvəzedilməz bir rol oynayır. İndi rəngbərəng, növbənöv və çoc gözəl düymələr var. Tikilən paltarın tərzinə, rənginə və formasına görə istənilən düyməni tapmaq heç də çətin deyil. Bu gün sizə düymələrin paltarlarla əlaqəsi barədə danışmayacağam. Sizə təqdim etmək istədiyim xəbər tamamilə fərqlidir. Düymələrdən təkcə paltarlarımız üçün istifadə etməyə də bilərik. Bunun üçün bir qədər düşünmək və fantaziyamızı işə salmalıyıq.
Rəngli düymələrdən müxtəlik şəkillər hazırlamaq olar.
Bir kardona yapışdıraraq fincan altlığı kimi də istifadə edə bilərik.
Bundan əlavə onlardan şəkillərimiz üçün gözəl çərçivələr də düzəldə bilərik və ya hədiyyə qutusunun üzərini onunla bəzəyə bilərik.
Bəzək əşyalarını çox sevən xanımlar onlardan bəzək əşyaları belə düzəldə bilər.
Gecəlik üçün olan lampalarda isə düymələ xüsusi bir gözəllik əldə etmiş olurlar.
Bundan əlavə düymələrdən istənilən digər şeylər də düzəldə bilərik.
Bunun üçün sadəcə olaraq öz fantaziyamıza arxayın olmalıyıq.
Sadəcə olaraq düşünün və gözəllikləri yaradın.