Qadin.NET / Nejat İşler

Nejat İşler

Nejat İşler

Gənc aktyor Nejat İşler 28 Fevral 1972-ci ildə İstanbulun Eyüp səmtində bir işçi ailəsində doğulub. Bir bacısı var. Nejat İşler ibtidai məktəbdən sonra təhsilinə Cağaloğlu Anadolu Liseyində davam edib. Mühitinə alışa bilmədiyi yeni məktəbində məşhur olmaq və dərslərindən qaçmaq üçün məktəbin teatr bölümünə daxil olub. Qısa zamanda məşhur olan Nejat İşler dərslərinə fikir vermirdi. Liseyi bitirdikdən sonra universitetə ​​girə bilmədikdə pul qazanmaq üçün çay qonaqlıqları verməyə başlayır. Nejatın işləri ümid etdiyi kimi getmir və borcları artır. Borclarını ödəyə bilmək üçün köynək alverinə başlayır. Qış aylarında isə köynək əvəzinə kitab, jurnal və val satmaqla məşğul olur.
İki il sonra Yıldız Texniki Universitetinin fotoğrafçılıq bölməsinə qəbul olur, lakin o, əsgərliyə görə orada oxumaqdan imtina edir.
On ilə yaxın satış işləriylə məşğul olduqdan sonra 27 mart Dünya Teatrlar Günündə Taksimdə gəzərkən teatr səhnəsində pulsuz göstərilən "Dantenin ölümü" adlı əsəri seyr edir. "Mən niyə bu işlə məşğul olmuram?" deyə düşünən Nejat İşler dayısının yanına getdiyi Eskişehirdə konservatoriyaya imtahan vermək qərarına gəlir və daxil olur. 1995-ci ildə Memar Sinan Universitetinin dövlət konservatoriya hissəsindən məzun olana qədər dövlət teatrında və televiziya seriallarında rol alır.

Nejat İşler

1995-ci ildə məzun olduqdan sonra iki yoldaşıyla birlikdə "Kahramanlar və Soytarılar Teatrı"nı qurur. Teatrın qurulmasından sonra öz oyunları üçün hekayələr yazmağa başlayır. O, "Bəlkə heç oxumayan biri də yazar bunları, mənim yazı yazmağımın səbəbi yazı yazmaq deyil, yalnız oynayaq deyə yazıram" deyirdi. "Qəribə şəhər hekayələri", "Biz yazıq kişilər" və "Yalnızlıq mənim gizli sevgilim" adlı üç kitab yazıb.
41-ci Antalya Qızıl Portağal Mükafatlarında "Kişi aktyor" nominasiyasına namizəd göstərilib. Hər fürsətdə məqsədinin baş rol oynayıb şöhrətli olmaq olmadığını ifadə edirdi. İşlerin tək arzusu işini əlindən gəldiyi qədər yaxşı etməkdir. O, səhnədəykən ölmək istədiyini dilə gətirib.

 

Nejat İşler


1994-cü ildə rol aldığı "Qürur"dan sonra "Dəli ürək", "Şahnaz tanqo", "Necə evdə qaldım", "Aşk və qürur", "Şeytan ayrıntıda gizlidir" seriallarında oynayıb. 1999-cu ildə "Sentyabr fırtınası" filmində rol alıb. "Mustafa haqqında hər şey" və "Anlat, İstanbul" filmləri ilə aktyorluğuna davam etdi.

 

2006-cı ildə "Oğurlanmış gözlər", "Həyatın sahilində" və "İki super film birdən", 2007-ci ildə isə "Barda" və "Yumurta" kimi filmlərdə rol aldı. 2007-ci ilin ən məşhur seriallarından biri olan "Bıçaq kürəyi" adlı televiziya serialında Fikret Kuşkan və Mehmet Günsür ilə birlikdə rol aldı.

Nejat İşler 17 yanvarda qəflətən xəstələnir, aparıldığı xəstəxanada septik şok diaqnozu ilə müalicəyə alınır. 26 gün boyunca reanimasiya şöbəsində müalicəsi alır. 2014-cü ilin aprel ayının ilk həftəsində xəstəxanadan çıxıb.

 

Nejat İşler

 

 

Teatr:
 

1997 - "Atları da vurarlar": Horace McCoy - İstanbul Nümayiş Mərkəzi
1994 - "Yaşıl Tutuquşu limitet": Memet Baydur - İstanbul Dövlət Teatrı
1992 - "Ferhat yeni ağrıları": Yüksel Pazarkaya - İstanbul Dövlət Teatrı
Mükafatları:
2008 - 13-cü Türkiyə / Almaniya Film Festivalı "Ən yaxşı kişi aktyoru"
2008 - 40-cı SİYAD Türk Sineması Mükafatları "Ən yaxşı kişi aktyoru"
2007 - 44-cü Qızıl Portağal Film Festivalı (namizəd)
2005 - 1-ci Ağ İnci Mükafatları "Ən yaxşı kişi aktyoru - Macəra" (qalib), "Ən yaxşı işi aktyoru - Dram" (namizəd)
2005 - 12-ci ÇASOD Ən Yaxşı Oyunçu Mükafatları "Ən yaxşı kişi aktyoru" (qalib)
2004 - 41-ci Antaliya Qızıl Portağal Film Festivalı "Ən yaxşı kişi aktyoru" (namizəd)

Nejat İşler

Filmləri:

2014 - "Qış yuxusu"
2013 - "İntiqam"
2013 -  "Ankara yanır"
2010 - 2012 -  "Bir Ankara polisi"
2011 - "Keşanlı Əli dastanı"
2011 - "Çinar ağacı"
2011 - "Bir"
2011 - "İtirənlər klubu"
2010 - "Əjdər tələsi"
2010 - "Qara ağ"
2010 - "Barmaqlıqlar ardında"
2010 - "Bağlı bazar"
2009 - "11-ə 10 dəqiqə qalmış"
2009 - "Kapalıçarşı"
2007 - "Barda Səlim"
2007 - "Yumurta"
2007 - "Həyatın sahilində Komissar"
2007 - "Bıçaq kürəyi"
2006 - "Oğurlanmış gözlər" 
2005 - "Anlat, İstanbul"
2005 - "İki super film birdən"
2004 - 2005 - "Aliyə"
2004 - "Mustafa haqqında hər şey"
2004 - "Şeytan ayrıntıda gizlidir"
2002 - "Gülbəyaz"
2002 - "Eşq və qürur"
1999 - "Sentyabr fırtınası"
1994 - "Şahnaz tanqo"
1994 - "Biri var idi, biri yox idi"

18 iyul 2014
GO BACK