Qadin.NET / Berk Oktay

Berk Oktay

Berk Oktay

Berk Oktay 28 Oktyabr 1982-ci il tarixində Ankarada doğulmuşdur. Anası müəllim, atası da mühasiblik müdiridir. Orta məktəb və liseyi Ankarada oxudu. Ankara Universiteti Geologiya mühəndisliyindən məzun oldu.
16 yaşında modellik etməyə başladı. 2000-ci ildə 18 yaşında Ankarada bir modellik agentliyinə yazıldı. Sonra İstanbula gəlib Uğurkan Erezlə çalışdı, 2001-ci ildə Best Modelin qatılıb "Gələcək vəd edən Model"-i seçildi.
2003-cü ildə Best model Of Türkiyə yarışmasını qazanaraq ən yaxşı markaların üzü oldu.
2000-2006-cı illər arasında modellik etdi. 100-dən çox nümayişdə çıxış etdi. Manikenlik karyerasına 2004-cü ilin iyun ayından sonra xaricdə davam etdi. Parisə köçdü və Milano, Tokyo, Dubay, Moskva kimi şəhərlərdə D&G, Ferre, Gucci və Prada kimi bir çox markalarla işlədi.

Berk Oktay

Yarım qalan Universitet təhsilini başa çatdırmaq üçün 2006-cı ilin sonlarında Türkiyəyə döndü. 2007-ci ilin Fevral ayında Türker İnanoğlundan film təklifi aldı. Türvakdan xüsusi aktyorluq dərsi alaraq Erler Film ilə müqaviləni imzaladı.
2008-ci ildə "Şirin bəla Fadime" adlı serial ilə serial həyatına başladı. "Çirin bəla Fadime" serialı ilə tanındı. Ardından "Akasya Durağı"-da iştirak etdi. Daha sonra Kanal D-də verilən "Arka Sokaklar" serialında rol aldı. Bu serialdan ayrıldıqdan sonra serial karyerasına atv-də yayımlanan "Alev Alev" serialı ilə davam etdi. 2013-ci ildə Star TV-də veriləln "Mənim hələ Ümüdüm var" adlı serialda Hakan xarakterini canlandırdı.
Berk Oktay 2013-cü il sentyabr ayında evində bəslədiyi Cash adında Rottweiler cins itinin hücumuna uğrayaraq üzündən yaralandı, xəstəxanada üzünə 35 tikiş qoyuldu.

Berk Oktay

Filmləri və serialları:
2007 - 2008 - "Şirin bəla Fadime"
2008-2009 - "Akasya Durağı"
2009-2012 - "Arka Sokaklar"
2010-2010 - "Ümüd yolçuları" (qonaq aktyor)
2012-2013 - "Alev Alev"
2013 - "Mənim hələ Ümüdüm var"

3 iyul 2014
GO BACK