Qadin.NET / Beyazıt Öztürk

Beyazıt Öztürk

Beyazıt Öztürk

Beyazıt Öztürk 12 mart 1969-ci ildə Boluda dünyaya gəlib, ailənin ikinci övladıdır. Əslən artvinlidir. Atası polis olduğu üçün ilk və orta təhsilini Anadolunun fərqli şəhərlərində tamamlayıb. Universitetə qəbul imtahanının ilk mərhələsini keçib, ikincisini qazana bilmədiyi üçün rəsm çəkmə qabiliyyətini dəyərləndirmək məqsədilə Eskişehir Anadolu Universitetinin gözəl sənətlər fakültəsinin seramik-heykəl bölməsinə daxil olub. Eyni zamanda basketbolçu olan Öztürk universitet təhsilini davam etdirərkən digər tərəfdən də radio ilə maraqlanmağa başlayıb. Xüsusi televiziya kanallarının və radioların sayının sürətlə artdığı bir dövrdə otaq yoldaşıyla birlikdə Eskişehir radiolarından birində işə başlayıb. Ancaq "r" hərfini tələffüz edə bilmədiyinə görə aparıcılıq istəyi rədd edilib və yalnız proqram hazırlamaqla kifayətlənıb. Yenə də qaydaları aşaraq səsini dinləyicilərə çatdıran Öztürk fərqli və zarafatcıl tərziylə hər kəs tərəfindən bəyənilib. Sonra isə otaq yoldaşının qurduğu "Gənc radio"da proqram aparmağa davam edərək yoldaşlarıyla birlikdə siyasi məzmunlu yumor jurnalı olan "Qına"nı hazırlamağa başlayıb. "Beyaz" adını ilk dəfə bu jurnal üçün çəkdiyi karikaturaların altında istifadə edib. Eskişehirdə keçirdiyi bu dövrdə iki heykəl, iki keramika, bir karikatura sərgisi açan Öztürk son olaraq da bir qarışıq keramika sərgisinə qatılıb.

Beyazıt Öztürk

Ömər Karacanın qurduğu "Radio Klas"dan gələn təkliflə əlaqədar İstanbula gedərək "Gecə toyuğu" adlı bir proqramıyla professional aparıcılığa başlayıb və geniş bir dinləyici kütləsi qazanıb. Yenə Karacan tərəfindən 1995-ci ildə qurulan "Number One TV"-yə keçən Öztürkün ulduzu burada da parlayıb. Webcam vasitəsilə studiyadan "Beyaz" adıyla canlı yayıma başlayıb. Proqramında üzünün görünmədiyi qaranlıq bir siluetdən tamaşaçıya səslənərək izləyicilərdə böyük maraq doğurub.

Daha sonra isə "Kanal 6" efirlərində görünməyə başlayıb. Ancaq onu məşhurlaşdıran "Beyaz Show" verlişi olub.  Bir "talk-show" olan proqramın ilk qonaqları Hande Ataizi və Yılmaz Erdoğan idi. "Beyaz Show" komediya və əyləncəni öz üzərində cəmləyir. Buna görə də türk xalqı tərəfindən müsbət qarşılanıb.

Beyazıt Öztürk

1997-ci ildə Haluk Bilginer və Türkan Şorayın baş rolunu paylaşdığı "Nihavənd möcüzə" adlı filmdə oynayaraq kino sektorunda da yer almağa başlayıb. 2002-ci ildə "Kanal D"də yayımlanan "Biz sizə aşiq oldu" adlı serialda Cem roluyla və 2004-cü ildə yenə eyni kanalın "Arvadım və anam" serialında Levent roluyla ekranlara çıxıb. Bir çox reklam və musiqi klipində çəkilməklə yanaşı, "Aktual" jurnalında "Qardan adam" adını verdiyi bir köşə üçün məqalələr yazmağa başlayıb.
2005-ci ildə "O, indi məhkumdur" adlı filmdəki rolunun ardından yenə eyni il Haluk Bilginerlə birlikdə "Hacivat Qaragöz niyə öldürüldü?" filmində sözün tam mənasıyla aktyorluq qabiliyyətini göstərmək fürsəti əldə edib. Bu filmdəki aktyorluq qabiliyyəti sayəsində Sadri Alışık adına təşkil edilən kino mükafatlarında "Ən yaxşı aktyor" mükafatına layiq görülüb. 

Beyazıt Öztürk

Teatr:
2005 - "Ulduzların altında" (Musiqili tamaşa)
Filmləri:
1997 - "Nihavənd möcüzə"
2001 - "Rəqqasə"
2002 - "Sirr uşaqları"
2002 - "Biz sizə aşiq olduq" (Serial)
2004 - "Arvadım və anam" (Serial)
2005 - "O, indi məhkumdur"
2006 - "Hacivat Qaragöz niyə öldürüldü?"
2009 - "Qurtlar Vadisi Pusu" (qonaq aktyor) (Serial)
2012 - "Yalan dünya" (Serial)
Albom:
1997 - "Beyaz türkülər"

7 iyul 2014
GO BACK