Qadin.NET / Tolqa Karel

Tolqa Karel

Tolqa Karel

Tolqa Karel Ebru Gündeş, Özcan Deniz, Hülya Avşar, Nalan, Ebru Yaşar, Petek Dinçöz, Zeynep Mansur, Hande Yener kimi müğənnilərin mahnılarının söz və musiqi müəllifi olub. Aktyorluqla yanaşı, internetdə çox məşhur olan musiqi kanalında kino və teatr haqqında həftəlik köşə yazıları yazır.
"Yarpaq tökümü" serialı ilə yadda qalan aktyor Bolqarıstanda təşkil edilən "Best Model of the World" yarışmasında ikinci olmuşdur. O, azərbaycanlı maneken Günay Musayeva ilə 29 avqust 2011-ci ildə İzmitdə ailə həyatı qurmuşdur. 18 aprel 2012-ci tarixində Cahangir Can adında bir oğlu dünyaya gəlib.

Tolqa Karel həyat yoldaşı Günay Musayevaya və oğlu Cahangirə Yeni il hədiyyəsi kimi Aydan bir qədər torpaq alıb. Həmin ərazi amerikalı vəkil Dennis Hopenin adında olan torpaqlardan idi.
Tolqa Karel "Bir zamanlar Osmanlı-Qiyam" serialında da rol alıb.

Tolqa Karel

Tolqa Karel bu il Acun Ilıcalının hazırlayıb təqdim etdiyi "Survivor" yarışmasında iştirak edib.

Rol adığı seriallar

2012 - "Sübut"
2011 - 2012 - "Bir zamanlar Osmanlı -Qiyam"
2006 - 2010 - "Yarpaq tökümü"
2006 - "Kabuslar evi: qaranlıqdan gələnlər - 2
2005 - "Borc həyat"
2000 - "Evdəki yad"

Tolqa Karel

Çəkildiyi filmlər  

2008 - "Cin keçidi"
2007 - "Döymə"
2001 - "Şeytan çıxmazı"
2000 - "Eşqin haqqı"
1999 - "Gecə şahinləri"

24 iyul 2014
GO BACK