Birce Akalay 19 iyun 1984-cü il tarixində İstanbulda anadan olub. Ailənin tək uşağıdır. Anasının adı Yasəmın, atasının adı Sercan Akalaydır. Lisey təhsilini 2003-cü ildə Pera Gözəl Sənətlər Liseyinin teatr hissəsində tamamlayıb. Ondan sonra İstanbul Universitetinin teatr tənqidçisi və teatr fakultəsinə qəbul olub. Lakin məzun olmadan oradan çıxaraq 2010-ci ildə Haliç Universitetinin teatr fakultəsindən məzun oldu.
2004-cü ildə Türkiyədə gözəllik müsabiqəsinə qatılıb və üçüncü olub. Sonra isə Avropadakı gözəllik müsabiqəsində Türkiyəni təmsil edərək yarımfinala çıxıb.
2004-2007-ci illər arasında Star TV və TV8-də idman spikerlyi edib. Bununla yanaşı Çempionlar Liqası və 8-ci Etap kimi proqramları da hazırlayıb təqdim edib.
TRT1-də 2009-ci ildə efirə gedən "Alayına İsyan" adlı serialda Sevtap rolunda çəkilib. 2009-cu ilin sentyabr ayında "Sizi sevirəm" adlı kinofilmində Emre Altuğ ilə baş rolları paylaşmışdır.
2013-ci ildə ATV ekranlarında baş nazir Adnan Menderesin həyatından bəhs edən "Mən onu çox sevdim" serialında Türkiyənin opera müğənnisi Ayhan Aydan xarakterini canlandırıb.
Hazırda Sarp Levendoğlu, Zeki Alasya, Əmr Berke Zincidi, Kayhan Yıldızoğlu ilə birlikdə "Kiçik ağa" serialında Sinem rolunu oynayır.
Birce Akalay 2011-ci ilin mart ayının 17-də aktyor Murat Ünalmış ilə ailə həyatı qurub, 2012-ci ilin 29 dekabrında isə boşanıb.
Çəkildiyi serial və filmlər
2007 - "Sənin uğruna"
2007 - "Qədər"
2008 - "Asi"
2009 - "Alayına isyan"
2010 - 2013 - "Yer-göy eşq"
2013 - "Mən onu çox sevdim"
2013 - "Belə bitməsin"
2014 - "Kiçik ağa"
2008 - "Son Dərs" (film)
2009 - "Sizi sevirəm" (film)
2009 - "Qış nağılı" (film)
2009 - "Nəfəs: Vətən sağ olsun" (filmi)