Qadin.NET / Bollivud aktyorları (2)

Bollivud aktyorları (2)

Bollivud aktyorları (2)

Abhişek Baçhan

Abhişek Baçhan 5 fevral 1976-cı ildə Mumbay şəhərində anadan olmuşdur. Atası əfsanəvi Bollivud aktyoru Amitabh Baçhan, anası isə Bollivud aktrisası Jaya Baçhandır. Ana tərəfdən Benqal kökünə sahibdir. Ailəsinin əsl soyadı Şrivastavdır. Uşaqlıqda Abhişek disleksiya  xəstəliyindən əziyyət çəkib. 20 Aprel 2007-ci ildə məşhur aktrisa, dünya gözəli Aişvariya Ray Baçhanla ailə həyatı qurub, bir qızı var.

Bollivud aktyorları (2)

Acay Devqan

Aktyor, prodüser, rejissor, yazıçı, redaktor, kaskadyordur (dublyor). 1969-cu il aprelin 2-də Dehli şəhərində anadan olmuşdur. Əsl adı Viru Devqan Vişhaldır (Vishal Veeru Devgan). Acay çox erkən yaşda film sənayesinə cəlb edilib. Onun atası Viru Devqan rejissor və kaskadyor, əmisi oğlu Anil Devqan Bollivud direktorudur. 24 fevral 1999-cu ildə Acay Devqan Bollivud aktrisası Kacolla ailə həyatı qurub. İki övladı var.

Bollivud aktyorları (2)

Hrithik Roşan

Məşhur hind aktyoru 10 yanvar 1974-cü ildə Mumbay şəhərində anadan olmuşdur. Tam adı Hrithik Roshan Nagrathdır. Onun atası aktyor və rejissor Rakeş Roşandır. Uşaqlıqda kəkələyərək danışarmış, 14 yaşında müalicə nəticəsində təmiz danışmağı öyrənmişdir. İlk filmə 1980-ci ildə çəkilib. 2000-ci ildə ailə həyatı qurub, iki övladı var. 2013-cü ilin dekabr ayında həyat yoldaşından ayrılmışdır.

Bollivud aktyorları (2)

Şahid Kapur

Şahid Kapur tanınmış Bollivud aktyorudur. 25 fevral 1981-ci ildə Bombey şəhərində anadan olmuşdur. Atası tanınmış aktyor Pankac Kapurdur. Anası Nilima Əzim isə aktrisa və klassik rəqqasə kimi tanınır. Şahid 3 yaşındaykən valideynləri boşanmış və anasının yanında böyümüşdür. Subaydır.

Bollivud aktyorları (2)

Cimmi Şergill

Cimmi Şergillin peşəsi aktyor, prodüserdir. 3 dekabr 1970-ci ildə Qorakhpur şəhərində anadan olmuşdur. Cimmi Şirgillin əsl adı – Chasdjit Singh Shergilldir (Jasjit Singh Shergill). Evlidir, bir oğlu var.

Bollivud aktyorları (2)

Akşay Kumar

Akşay Kumar tanınmış hind aktyoru, prodüserdir. 9 sentyabr 1967-ci ildə Hindistanın Pəncab ştatının ən böyük şəhəri Amritsarda anadan olmuşdur. Əsl adı Raciv Hari-Om Bxatiyadır. Banqkokda idman üzrə müəllimlik etdiyinə görə bəzən onu  "Hindistanın Brüs Lisi" adlandırırlar. Akşay karate və taekvando üzrə qara kəmərə sahibdir. Evlidir, iki övladı var.

Bollivud aktyorları (2)

Arcun Rampal

Arcun Rampal aktyor və supermodeldir. 26 noyabr 1972-ci ildə Cabalpur şəhərində anadan olmuşdur. Arcun iqtisadiyyat üzrə bakalavr dərəcəsinə sahibdir. Evlidir. İki qızı var.

6 iyun 2014
GO BACK