Qadin.NET / Ən bahalı qidalar

Ən bahalı qidalar

Deyirlər ki, qulaq gündə bir söz eşitməsə, kar olar. Bahalı yeməklər olduğunu eşitmişdim, amma bu dərəcədə ola biləcəyini heç ağlıma belə gətirməmişdim. Buyurun, dünyanın ən bahalı qidaları ilə tanış olun.

Samundari Khazana - 3.200 dollar 

Ən bahalı qidalar

Bu yeməyin adının tərcüməsi bizim dildə "Dəniz məhsulu xəzinəsi" deməkdir.  Bu yemək Londondakı "Bombay Brasserie" adlı restoranda servis edilir.

Almaz kürü: 15.000 dollar 

Ən bahalı qidalar

Ağ balığın (Belyuqa) yumurtalarından alınan bu kürünün yarım kiloqramının qiyməti 8400 dollar ilə 15.500 dollar arasında dəyişir. Bu kürünü belə dəyərli edən Ağ balıqdır. Artıq bu balığın nəsli tükənmək üzrədir və daha çox Xəzər dənizində olur.

Şəkildə gördüyünüz çörək: 1000 dollar 

Ən bahalı qidalar

Aşpaz Frank Tujagu tərəfindən Nyu Yorkun Vest İn otelinin restoranında hazırlanır. Bu çörək simit, krem və yeyilə bilən qızılla servis edilir.

Pizza Royal: 4.200 dollar

Ən bahalı qidalar

Bu pizza çox bahalı ərzaqlardan hazırlanır. Misal üçün, maral əti, 24 əyarlı yeyilə bilən qızıl, kürü və s.

Matsutak göbələyi: 1000 dollar

Ən bahalı qidalar

Bahalı olmağının səbəbi çox nadir tapılan bir göbələk olmasıdır. Yaponiyada yetişir və çox gözəl bir ətri var. 

İtalyan ağ alba göbələyi: 160.406 dollar

Ən bahalı qidalar

Bu göbələk göbələklərin "müqəddəs qədəhi"i kimi tanınır. Onun belə baha olmasının səbəbi nadir olması, dadının tamamilə fərqli və ətrinin gözəl olmasıdır.

Yubari yemişi: 22.872 dollar

Ən bahalı qidalar

Yaponiyada yetişir və deyilənə görə, dünyanın ən ləzzətli və şirəli yemişidir. Bu yemiş vulkanik minerallarla zəngin olan bir torpaqda becərilir. Qabığı da yumşaqdır.

Vaqnu əti: 2.800 dollar

Ən bahalı qidalar

Dünyanın ən bahalı ətidir. Yaponiyanın Kobe şəhərində saxlanılan inəklərin ətidir. Bu inəklər pivə ilə bəslənir və hər gün də onlara masaj edilir.

Dansuk qarpızı: 6.100 dollar

Ən bahalı qidalar

Bu qarpız yalnız Şimali Yaponiyadakı Hokkaido adasında yetişir. Rəngi qaradır və hər sezonda cəmi 65 ədəd qarpız yetişir.

4 iyun 2014
GO BACK