Qadin.NET / Uçan ilanlar

Uçan ilanlar

Bu xəbərimdə çoxlarımızın qorxduğu, əsasən də isti havalarda rayonlarımızda çox rast gəlinən ilanların qeyri-adi növündən danışacağam. Bəlkə də çoxlarınızın belə ilan növünün varlığından xəbəriniz yoxdur. Bu ilan digər ilan dostlarından uça bilməsi və gözəl adları ilə fərqlənir. 

Uçan ilanlar

"Uçan ilan" sözünü eşitdikdə ağla ancaq Hollivud filmləri və ya nağıllar gəlir. Amma Cənubi və Cənub-Şərqi Asiyanın cəngəlliklərində bu ilan həqiqətən yaşayır, havada xeyli məsafə dəf edərək uça bilir. 

Uçan ilanın cəmi 5 növ var. Bu növlər Hindistanda, Çində, eləcə də Filippin adalarında məskunlaşıb. Ən çox  tropik meşələrdə olur, kolluqlarda, su hövzələrinin sahilində də rast gəlinir. Uçan ilan zəhərli deyil.

Cənnət ağac ilanı

Uçan ilanlar

Bu ilanların niyə uçduğu dəqiq bilinmir. Çox güman ki, onlar ya isti hava ucbatından, ya da canavarlardan xilas ola bilmək üçün ağacların arasından uçurlar. Uçan ilanlar ağacda yaşayır, nəinki ağacların budaqları üzrə, həm də şaquli səthlər üzrə də yaxşı uçurlar. 

Uçan ilanlar

Uçmazdan əvvəl uçan ilan quyruğuyla ağacdan asılır və bir hissəsi havada qalır, yəni bədən hissə sanki sürünürmüş kimi dümdüz hərəkət edir.

Qızıl ağac ilanı

Uçan ilanlar

İlanın girdə bədəni uçuş zamanı çox yastı olur. Uçan zaman qarnını geri çəkir, aşağıdan yastı səth yaradır. Buna görə onun bədəni yaxşı aerodinamika alır. Bu üsulla uçan ilan 100 metr qədər məsafə qət etməyə qadirdir. Uçan ilanlar əsasən kərtənkələlərlə, qurbağalarla və xırda gəmiricilərlə qidalanırlar.

Şri-Lanka adasında uçan ilan

Uçan ilanlar
1 iyun 2014
GO BACK