Hər kəs xoşbəxtliyi bir cür təsvir edir. Çoxu üçün xoşbəxtlik heç gözləmədən arzularının reallaşmasıdır.
Əgər bir şeyi ürəkdən istəyirsənsə, möcüzə hesab etdiyin şey reallığa çevrilə bilər - qəfildən sevdiyini qarşında görmək kimi. Sevən üçün bu, bəlkə də ən böyük xoşbəxtlikdir.
Bəzən ümidini itirdiyin an qəfildən arzunun reallaşması səni xoşbəxt edir. Bir əlil insanın qəfildən qələbə qazanması onun üçün ən böyük xoşbəxtlikdir.
Bəzən sevdiyini arzuladığın kimi qarşında görmək ən böyük xoşbəxtlikdir. Bir sevən bəyin qarşısında sevdiyi qadını gəlinlikdə görmək bəlkə də ən böyük xoşbəxtlikdir.
Heç bir zaman ümidini itirməməli, arzu etməlisən ki, bir gün arzun çin olanda xoşbəxt olasan, bəzən gec olsa belə.
Bəzən illərdir görmədiyimiz insanı qarşımızda görmək bizi xoşbəxt edir.