Qadin.NET / Uşaqların yataq otaqlarının hekayələri

Uşaqların yataq otaqlarının hekayələri

“Uşaqlar harada yatır?” adlı kitab Kris Butun kamerasından dünyanın fərqli künclərindəki 9-13 yaş arasındakı uşaqların yataq otağı fotoşəkilləri ilə birlikdə həyat hekayələrini özündə cəmləşdirir. Kris Buta görə, uşaq hüquqları uşaqların özündə gizlidir. Hər şey uşaqların yaşadıqları, keçirdikləri vaxt və yatdıqları yataq otaqlarından başlayır. İqtisadi şərtlər, mədəni fərqlər və yaşanılan yerin iqlim xüsusiyyətləri də hər bir uşağın həyatına fərqli bir şəkildə təsir edər.

Uşaqların yataq otaqlarına əsasən izah edilən dünyalarını aşağıdakı fotoşəkillərdə tapa bilərik.

Uşaqların yataq otaqlarının hekayələri

 Kayanın 4 yaşı var. Ailəsi ilə birlikdə Yaponiyanın Tokio şəhərində kiçik bir evdə kirayənişin yaşayırlar. Kayanın bütün otağı oyuncaq və paltarlarla doludur. Kayanın anası tərəfindən hazırlanıb tikilən 30  paltarı və paltosu, 30 cüt fərqli ayaqqabası və parikləri var. Məktəbə gedəndə isə təbii ki, məktəb paltarlarını geyinir. Ən sevdiyi yeməyi isə qırmızı ət, kartof və meyvələrdən çiyələkdir. Kaya böyüyəndə karikaturaçı olmaq istəyir.

Uşaqların yataq otaqlarının hekayələri

 Jasminin 4 yaşı var. 3 qardaşdan ibarət olan ailəsi ilə birlikdə Amerikanın Kentukki  ştatında böyük bir evdə yaşayır. Yataq otağının  hamısı gözəllik yarışmalarından qazandığı taclar və yarışmada aldığı dərəcələri göstərən lent ilə doludur. Bu ana qədər 100-dən çox yarışa qatılmışdır. Boş vaxtlarını irəlidə qatılacağı yarışmaların məşqinə sərf edir. Səhnə işlərini hər gün nizamlı olaraq təlimatçı ilə birlikdə icra edir. Jasmin böyüyəndə Rok Star olmaq istəyir.

Uşaqların yataq otaqlarının hekayələri

 Fotoşəkildə görmüş olduğunuz uşaq ailəsi ilə birlikdə İtalyanın Roma şəhərinin Varoş məhəlləsində evsiz yaşayır. Tək varlıqları isə görmüş olduğunuz yataqlarıdır. Ailə Romaya güc-bəla ilə yığdıqları pul və aldıqları avtobus biletləri sayəsində gəlirlər. Romaya çatdıqlarında polis onları izləyənə qədər bir müddət gizli bir yerdə yaşayırlar. Ailə üzvlərindən heç birinin şəxsiyyət vərəqəsi yoxdur. Buna görə də rəsmi olaraq da işləmirlər. Çörək pullarını avtomobil şüşələrini silərək qazanırlar. Ailədən məktəbə gedənləri də olmayıb.

Uşaqların yataq otaqlarının hekayələri 

Donq 9 yaşındadır, Cənub-Qərbi Çinin Yunnan şəhərində bacısı və babası ilə birlikdə yaşayır. Donq otağını ailəsi ilə birlikdə paylaşır. Ailə  yetişdirib satdığı düyü və şəkər qamışı ilə dolanır. Donqun məktəbi ilə evin arasında 20 dəqiqəlik yol var. Donq yazmağı və mahnı oxumağı çox xoşlayır. Axşam 1 saat dərs edir və 1 saat  televizora baxır. Donqun arzusu isə polis olmaqdır.

Uşaqların yataq otaqlarının hekayələri

İndira 7 yaşındadır. Bir bacı və bir qardaşıdan ibarət ailəsi birlikdə Katmandu-Nepalda yaşayır. İndiranın evi yalnız 1 otaqdan ibarətdir. Bu səbəbdən bütün ailə üzvləri ilə eyni otaqda yatır. Çox kasıb olduqları üçün ailədə hər kəs işləyir. İndira da 3 yaşından bəri Katmanduda olan bir qranit daş ocağında işləyir. Daş ocağında İndiradan başqa 150 uşaq da var. İndira gündə 6 saat işləyir. Bunun xaricində isə ev işlərində anasına köməkçi olur. İndira məktəbinə da gedir. Ən sevdiyi yemək makarondur. Böyüyəndə isə rəqqasə olmaq istəyir.

Uşaqların yataq otaqlarının hekayələri

 Roasi 8 yaşındadır. Kambocanın Fnom Pen şəhərində bir zibillikdə yaşayır. Roasinin yaşadığı yerdə eyni şəkildə daha beş min adam yaşayır. Roasinin yatağı köhnə rezindəndir. Roasi və onun kimi yüzlərlə uşaq hər səhər saat 6-da əvvəl duşa girir, daha sonra isə işə başlayırlar. Gördükləri  iş isə təkrar emal  fabrikinə şüşə, qutu, karton və s. kimi tullantıları toplamaqdır. Çox vaxt yalnız səhər yeməyi ilə kifayətlənirlər.

Uşaqların yataq otaqlarının hekayələri    

 Zais 11 yaşındadır, ailəsi ilə birlikdə Braziliyanın Rio De Janeyro şəhərində bir mənzil dairəsinin 3-cü mərtəbəsində yaşayır. Yataq otağını bacısı ilə paylaşır. Narkotik maddə sataraq qazandığı bir məhəllədə - “Allahlar şəhəri”ndə yaşayan Zais böyüyəndə model olmaq istəyir.      

Uşaqların yataq otaqlarının hekayələri

Nantinonun 15 yaşı var. Şimali Keniyada Rendill qəbiləsinin bir üzvüdür. İki qardaşı və iki bacısı var. Evi qum üzərində plastiklərdən düzəldilmiş kiçik bir çadırdan ibarətdir. Gecələri yatdıqları zaman çadırın ortasında qızınmaq üçün od yandırırlar. Bir neçə ildir kənd məktəbinə getsə də davam edə biləcəyini düşünmür. 

Uşaqların yataq otaqlarının hekayələri

  Douha 10 yaşında dır, ailəsi ilə birlikdə Qərbi Şəriyənin Hebron şəhərində Fələstin qaçqın düşərgəsində yaşayır. Otağını 5 bacısı  ilə paylaşır. Qaçqın düşərgəsindən məktəbinə 10 dəqiqəyə gedən Douha böyüyəndə uşaq həkimi olmaq istəyir. Douhanın  böyük qardaşı Məhəmməd 1996-ci ildə İsraildə təşkil etdiyi bir sui-qəsddə özü ilə birlikdə 26 vətəndaşı öldürüb. Bu hadisədən sonra İsrail əsgərləri evlərini dağıdıb. Douhanın yataq otağında qardaşının yatağını da görə bilərik.

Uşaqların yataq otaqlarının hekayələri
Bir bacısı olan 11 yaşındakı Joey, ailəsi ilə birlikdə Amerikanın Kentukki ştatında yaşayır. Çox zaman atası ilə birlikdə ovlanmağa gedən Joey yeddi yaşında ikən bir maral ovlayıb. Joeyin 2 ov tüfəngi və bir simli tüfəngi var. Ovladıqları heyvanların ətlərini yeyən bir ailənin üzvü olan Joey məktəbə də gedir. Boş vaxtlarında televiziya verilişlərini izləməyi də çox sevir.
25 may 2014
GO BACK