Qadin.NET / 200 illik kitablardakı gizli sənət

200 illik kitablardakı gizli sənət

Qədim kitablarda gizli rəsmlər qorunub saxlanıb: 19-cu əsrin sehrli və qarmaqarışıq sənətini kitab səhifələrini yelpikləyərkən görmək mümkün olur.

200 il əvvələ aid olan köhnə kitabların kənarları zərli və boyalı şəkildə örtülmüşdür. Çox yaxından baxdığınız zaman səhifələrin kənarlarında gizli, gözəl və qarmaqarışıq rəsmləri görə bilərsiniz. Ön-kənar rəsm olaraq bilinən bu texnikadan yüz illər əvvəl istifadə edilib və uzun müddət gizliliyini qoruyub.

"Qış" adlı kitab, 1837
"Qış" adlı kitab, Robert Mudie

Ayova Universitetinin mütəxəssisləri tarixi kitabların səhifələrində yazılı hekayədən əlavə fərqli hekayələrin də rəsminin çəkildiyini göstərirlər. Universitetdəki xüsusi kolleksiyalar kitabxanasının işçisi Colleen Theisen kitabın sirrini “Hər kəs üçün bir sirr” adlı yazı ilə aşkar edib. Zərli sulu boya ilə boyanmış kitab səhifələrinin kənar boşluqları da eyni şəkildə işlənmişdir. Beləcə, səhifələri xəfifcə yelpiklədiyiniz zaman rəsm ortaya çıxır.

Colleen Theisen universitetin xüsusi kolleksiyalarında və arxivlərində olan Robert Mudienin 1837-ci ildə Londonda nəşr edilən dörd təbiət kitabında rəsmlərin necə gizləndiyini göstərib. Hər bir fəslin mənzərəsini görmək üçün oxuduqca səhifələri bükmək lazımdır”.

O, müsahibəsində rəsmlərin sıxılaraq necə düzəldiyini anladıb: “Kənarları boyaya bilmək üçün kitabı yelpik görnüşündə sıxmalı və şəkil üçün düz yer hazırlanmalıdır”.

Qızıl yarpaqlı mənzərə kitabla eyni adı daşıyan payızı təmsil edir. Ancaq kitabı bağlayanda görünmür.
Robert Muidenin yazısı ətraflı bir səhnəyə malikdir (kitabı bağlayarkən rəsm görünmür).
Səhifələr büküldüyü zaman ortaya çıxan rəsm.
23 may 2014
GO BACK