Qadin.NET / Məhşurların məzar yazıları

Məhşurların məzar yazıları

John Fowlesin də dediyi kimi, yazıçılar bir növ Tanrıdır. Çünki yazdıqları romanlarda obrazları istədikləri kimi yaradırlar. Biz də yaradılan obrazları oxuduqca yazıçıya qarşı bir müddət sonra doğmalıq hiss etməyə başlayırıq. Həm yazıçını, həm də yaratdığı obrazları özümüzünküləşdiririk.

Ancaq yarı Tanrı olduğunu düşündüyümüz yazıçılar da bizlər kimi ölümlüdür.

Məhşur  yazıçıların məzar daşlarındakı yazılar:

William Shakespeare

 

“Bu məzarı qoruyanı Tanrı qorusun, sümüklərimi yerindən oynadanı lənətlənsin!

Sylvia Plath

“Odlu alovların içində belə qızıl nilufər yetişə bilər”.

Virginia Woolf

“Özümü sənə tərəf sovuracağam, yenilmədən və boyun əymədən, ey ölüm!” ("Dalğalar" adlı kitabından)

John Keats
Adı suya yazılmış olan burada yatır”. 
F.Scott Fitzgerald
“Biz səfər etməkdəyik, biz o axıntıya qarşı gedən qayıqlarıq... Durmadan geriyə, keçmişə çırpılıb atılsaq da nə qəm... “ ("Möhtəşəm Gatsby" adlı kitabından)

Robert Frost
"Dünya ilə eşq davasına tutuşdum".

Dorothy Parker

“Toza görə üzr istəyirəm” (Dorothy Parkerin bədəni ölümündən sonra yandırılıb, onun seçdiyi bu yazı məzar daşına yazılıb)

Oscar Wilde
 "Öldü artıq amma hər şey bitmədi,
  Qırıq, ölü camını mərhəmətin
 Başqasının göz yaşı dolduracaq. 
 Axıb gedəcək həyatın çayı,
 Bütün lənətli, qeyri-adi insanlar
 Onun əbədi yasını tutacaq”.
 
22 may 2014
GO BACK