Qadin.NET / Qeyri-adi hovuz-illüziya

Qeyri-adi hovuz-illüziya

 
Qeyri-adi hovuz-illüziya
Siz  təsəvvür edə bilərsinizmi ki, hovuzun altında heç bir təhlükə olmadan, sualtı qurğularsız, normal  geyimdə  ətrafı  gəzmək  olar?
 
Qeyri-adi hovuz-illüziya
 
 
Qeyri-adi hovuz-illüziya
Yaponiyanın Kanazava şəhərində yerləşən  21-ci əsrə aid müasir incəsənət  muzeyi öz qeyri–adi eksponatları, xüsusilə də Leandro Erlix tərəfindən hazırlanan “Fake Swimming Pool” adlı süni üzgüçülük hovuzu ilə diqqəti  cəlb edir. Süni üzgüçülük hovuzunun qeyri-adiliyi ondan ibarətdir ki, hovuzun dibində rahat gəzərkən islanmaq mümkün deyil. Əslində bu qeyri-adiliyin yaradılma səbəbi çox sadədir. Belə ki, hovuzun damı bir-birindən 10 sm məsafədə yerləşən şəffaf pleksiqlasdan (şəffaf plastik kütlədən) hazırlanıb.
Qeyri-adi hovuz-illüziya

Həmin şəffaf kütlələrin arasından axan su isə hovuzda illüziya effektinin yaradılmasına səbəb olur. Yuxarıda  durduqda  hovuza  baxdığımız zaman onun su ilə dolu olduğunu görürük. Bu, əslində illüziyadır.

Qeyri-adi hovuz-illüziya

Hovuzun daxili digər detalları ilə real kimi görünür.

Qeyri-adi hovuz-illüziya

Məhz belə sadə və eyni zamanda orijinal hovuzun daxilində keçid də var.

Qeyri-adi hovuz-illüziya
 

Yuxarıdan hovuzun daxilində olan insanlara baxdıqda suyun içində tələyə salınmış kimi görünürlər. Amma daha möhtəşəm mənzərə hovuzun hövzəsində görünür. Tamaşaçılar başları üzərindəki mənzərəni görəndə bir anlıq donub qalırlar.

Qeyri-adi hovuz-illüziya

Hazırda iki belə muzey var - “Nyu Yorkda” PS1 sənət mərkəzi, digəri isə Yaponiyanın “Kanazava” şəhərində incəsənət muzeyində yerləşir.

Qeyri-adi hovuz-illüziya

 

Qeyri-adi hovuz-illüziya

Və bu da xəyali hovuzun yaradıcısı Leandro Erlix.

Qeyri-adi hovuz-illüziya
20 may 2014
GO BACK