Qadin.NET / Əriyə-əriyə gedirik...

Əriyə-əriyə gedirik...

İqlim dəyişikliyi hər addım başı qarşımıza yeni fəlakəti ilə çıxır. İstiləşmə nəticəsində əriyən buzlaqlar və günü-gündən səviyyəsi yüksələn okean suları əsrin sonunda öz problemləri ilə qarşımızda dayanacaq. Alimlərin fikrinə görə, 21 ci əsrin sonunda dəniz səviyyəsi ən az 4 metr də yüksələcək. Övladlarımızın yaşaya biləcəkləri bir dünya bəxş etmək üçün daha diqqətli olmaq lazımdır. 

1. Pine Island buz qayalıqları Antarktidada ən sürətli hərəkət edən buzlaqlardan biridir. Buzlağın qərb tərəfindəki cat alimləri ciddi şəkildə narahat edir (2012). Çünki bu parçanın qopması dəniz səviyyəsinə əhəmiyyətli dərəcədə təsir edəcək.

Əriyə-əriyə gedirik...

2. Həmin çat növbəti il genişlənməyə davam etdi və 2013-cü ildə Manhettendən 6 dəfə böyük bir buz parçası əsas kütlədən ayrıldı.

Əriyə-əriyə gedirik...

3. Alyaska Bear buzlaqlarında 1980-cı və 2011-ci illər arasında baş verən ərimə prosesini şəkillər vasitəsi ilə qarşılaşdırdılar. 

Əriyə-əriyə gedirik...

4. Bu isə Alyaska Bear buzlaqlarınının 2002-ci və 2007-ci illər arasındakı görüntüsüdür.  Fərqi hiss etdinizmi?

Əriyə-əriyə gedirik...

5.Alyaskanın Muir buzlaqlarında 1800-cü ilə çəkilmiş fotoşəkildə ən az 7 metrlik buz parçalarını görmək mümkündür. 2005-ci il şəkillərinə baxdıqda isə həmin ərazidə bir ədəd belə olsun buz parçası olmadığını görürük. 

Əriyə-əriyə gedirik...

6. Muir buzlaqlarından daha bir görüntüyə baxın. 

Əriyə-əriyə gedirik...

7.Ekvadorda yerləşən ən yüksək aktiv vulkanlardan biri sayılan Kotopaxi üzərindəki buzlaqlar sürtətlə əriyir. 1956-1976 cı illərdə 30%, 1976-2006-cı illər arası isə 38,5 dəfə çox əriyib. Şəkillərə diqqət etsəniz görəcəksiniz. 

Əriyə-əriyə gedirik...

8. 1909-cu 2004-cü illər arasında Cənubi Alyaskada yerləşən McCarty buzlağının 16 km-i geri çəkilmiş, yerində böyük meşəlik yaranmışdır. 

Əriyə-əriyə gedirik...

9. Alyaskadakı Glacier körfəzindəki Glacier buzlağı 1906-2003-cü illər arasında böyük dəyişiklik yaşayıb. Əriyən buzlaqların gətirdikləri körfəzin bir hissəsini doldurub. 

Əriyə-əriyə gedirik...

10. Alyaskanın Toboggan buzlağı 1905 və 2005-ci illərdə 152 metr incəlib, 4828 metr geriləyib. 

Əriyə-əriyə gedirik...

11. Alyaska Holgate buzlağı 1904-2004-cü illər arasındakı 95 il ərzində nəzərə çarpacaq qədər geri çəkilib. 

Əriyə-əriyə gedirik...

12. Himalay dağlarındakı Imja buzlağının 1956-ci ildən bəri əriməsi sayəsində yaranmış gölə tamaşa edin.

Əriyə-əriyə gedirik...

13.Kilimancaro dağındakı (Tanzaniya) buz örtüyünün əvvəli və sonrası arasındakı fərq şəkillərdə açıq aydın bilinir. 

Əriyə-əriyə gedirik...

14.Matterhorn  İtaliya və İsveçrə arasındakı sərhəddə, Alp dağlarında yerləşən ən yüksək və gözəl dağdır. Buzlaqların əriməsi sayəsində hündürlüyü azalır.

Əriyə-əriyə gedirik...

15. Pedersen buzlağındakı 88 illik fərq göz önündədir.   

Əriyə-əriyə gedirik...
19 may 2014
GO BACK