Qadin.NET / Animasiya filimlərində A 113 yazısı

Animasiya filimlərində A 113 yazısı

"İtkin balıq Nemo" və ya "Oyuncaq hekayəsi" kimi bir çox məşhur animasiya filimlərdə görülən A 113-ün sirri aşkar olub. Bəzən maşın, bəzən də qapı nömrəsi olan A 113-ün sirri baxın nə imiş.

"Huffington Post" jurnalında  nəşr olunan xəbərə görə, bu günə qədər 14 fərqli "Pixar" istehsalı olan animasiya filmi də başda olmaqla 45 ayrı filmdə görülən A 113 əslində Kaliforniya İncəsənət İnstitutunda olan sinfin qapı nömrəsidir. Burada təhsil alan bir çox "Disney" və "Pixar" işçisi öz vəfalarını göstərmək üçün bu yolu seçir və hər hansı bir səhnəyə A 113-ü yerləşdirir. 

Başqa sözlə desək, A 113-ü hər hansı bir animasiya filmində görsəniz (yəqin ki, bundan sonra da görməyə davam edəcəksiniz), bilin ki, həmin filmin prodüserlərindən biri mütləq A 113 sinfində oxuyub. 

Ancaq A 113-ün iştirakı yalnız animasiya filmləriylə məhdud deyil. "Hunger Games" və "Mission Impossible" kimi bəzi əsərlərdə də A 113 yazısı qarşımıza çıxır.  A 113-ün özünə aid bir vikipediya səhifəsi belə var.

Bu, bir çox cizgi filmlərində çoxlarımızın diqqətini cəlb edən və ya bəlkə də heç fikir vermədiyimiz yazıdır. Şəkilləri gördükdə bəlkə də xatırlayacaqsınız.

"Simpsons" cizgi filmində. 

Animasiya filimlərində A 113 yazısı

Siçanlara aid cizgi filmində. 

 Animasiya filimlərində A 113 yazısı

Animasiya filmində, qapının nömrəsi kimi.

Animasiya filimlərində A 113 yazısı

Bu cizgi filmdə maşın nömrəsi kimi istifadə edilib.

Animasiya filimlərində A 113 yazısı

"Oyuncaqlar" animasiya filmində də maşın nömrəsi.

Animasiya filimlərində A 113 yazısı

"Maşınlar" animasiya filmində. 

Animasiya filimlərində A 113 yazısı

Daha bir cizgi filmində maşın nömrəsi.

Animasiya filimlərində A 113 yazısı
8 may 2014
GO BACK