Qadin.NET / Onlar necə məşhur oldu?

Onlar necə məşhur oldu?

Onlar necə məşhur oldu?

Beyonce Knowlesin bəxtində hər zaman bir ulduz olmaq vardı. Amma "Destiny Child" qrupunun bu keçmiş solisti 2003-ci ildə solo çıxış etdikdən sonra karyerasında möcüzəvi bir dövr başladı. O , "Crazy in Love" adlı mahnısını səsləndirərkən dünya da onun üçün dəli olurdu. Beyonce artıq musiqi siyahısında kraliça zirvəsindədir. Bu zirvəyə yüksəlməsinə saysız-hesabsız mahnıları və qazandığı bir çox mükafatlar səbəb olub. Bu günə kimi ən çox albom satan musiqiçi kimi sözün əsl mənasında ulduz oldu.

Onlar necə məşhur oldu?

Kolumbiyalı müğənni Şakira, ingilis dilli musiqi dünyasına 2001-ci ildə fırtına kimi girdi, amma bundan düz dörd il sonra, 'Hips Dont Lie' adlı parçasıyla pop dünyasının qürur siyahısındakı yerini tam mənasıyla möhkəmləndirdi. Bu mahnı, ağılda qalan ritmləri və Şakiranın insanı ovsunlayan rəqsləri sayəsində 2000-ci illərin ən çox dinlənən mahnısı oldu. Karyerası boyunca 10 albom çıxaran müğənni saysız mükafat qazandı, "Forbes" jurnalının dünyanın ən güclü 100 qadını siyahısına daxil oldu.

Onlar necə məşhur oldu?

Katy Perrynin 2008-ci il tarixli mahnısında bir qızla öpüşdüyünü və bundan zövq aldığını etiraf etməsi istənilən təsiri yaratdı. Hər kəs bir anda ədəbsiz mahnı sözləri yazan və həyadan uzaq rəftar edən bu rəngli pop müğənniyə diqqət yetirdi. İlk onluğa düşən mahnıları, həyadan uzaq tərzdə videoklipləri və məşhur şəxslərlə yaşadığı eşq macəralarından sonra, Katynin xəyalları gerçək oldu.

Onlar necə məşhur oldu?

Bütün dünya Miley Cyrusin kim olduğunu həmin videoklipi çəkmədən çox əvvəl bilirdi. Amma '"Wrecking Ball" mahnısının klipi müğənninin karyerasında dönüş nöqtəsi oldu və yetkinliyə addım atdığını qəti olaraq göstərdi. Çılpaq çəkilməsi, ehtirasını açıq-aşkar şəkildə sərgiləməsinə görə bəzi tənqidlərə məruz qalsa da karyerasında dönüş nöqtəsi oldu. Miley imic dəyişikliyi mövzusunda ustalaşaraq daha böyük bir ulduz oldu.

Onlar necə məşhur oldu?

Ağlı başdan alan, ehtiraslı bir səsə və 60-cı illəri xatırladan seksual tərzə sahib olan Lana Del Reydır. 2011-ci ildə təqdim etdiyi "Video Games" adlı drammatik mahnısıyla böyük müvəffəqiyyət qazanması heç də təəccüblü deyil. O, musiqi dünyasına keçmiş zamanları xatırladan təzə bir hava gətirdi. Lananın xarici görünüşü karyerası boyunca çox dəyişdi, lakin ehtiraslı səsi və qaranlıq tərzi ilə insanları hələ də ovsunlamağa davam edir. Eyni zamanda, "Tropico" adlı qısametrajlı filmdə özünü aktrisa kimi də sınayıb.

Onlar necə məşhur oldu?

Britney Spearsin 1998-ci ildə ərsəyə gətirdiyi "Baby One More Time" adlı mahnısı dünya səviyyəsində çox məşhur oldu. Elə böyük bir iz buraxdı ki, aradan 16 il keçməsinə baxmayaraq, hər kəs bu mahnının sözlərini xatırlayır. Britney daha sonra pop musiqi dünyasının seçmələri arasına qatıldı. Şəxsi problemlərini bir kənara qoysaq, karyerası çox uğurlu oldu və ifası ötən 30 il ərzində bir nömrəli parçaya və bir nömrəli studiya albomuna sahib olan tək sənətçi olaraq tarixə keçdi.

7 may 2014
GO BACK