Hörmətli istifadəçilərimiz,söz verdiyim kimi,İstanbulun məşhur tarixi yerləri haqqında məlumatları sizlərə çatdırmaqda davam edirəm.Bu günkü tanış olacağımız tarixi abidə Bizansın "qızıl əsrinin" simvolu olan məşhur Ayasofya məbədi olacaq.
Ayasofya (Yunanca: Αγιά Σοφιά, tam adı: Ναός τῆς Ἁγίας τοῦ Θεοῦ Σοφίας, Latınca: Sancta Sophia ya da Sancta Sapientia),Bizans İmperatoru I. Jüstinyen tərəfindən M. S. 532 - 537 illəri arasında İstanbulun tarixi yarımadasındakı köhnə şəhər mərkəzinə tikdirilmiş ,1453-cü ildə İstanbulun Türklər tərəfindən alınmasıyla Fateh Sultan Məhəmməd tərəfindən məscidə çevrilmişdir və indiki vaxtda muzey olaraq xidmət etməkdədir.
Binanın adındakı "sofya" sözü hər hansı bir kimsənin adı olmayıb, köhnə Yunan dilindən "müdriklik" mənasındakı sophos sözündən gəlir. Bu səbəbdən "aya sofya" adı "müqəddəs müdriklik" ya da "ilahi müdriklik" mənasını verməkdə olub, Ortodoksluq məzhəbində Tanrının üç xüsusiyyətindən biri sayılar.6-cı əsrin məşhur memarlarından Miletli İsidoros və Trallesli Anthemiusun rəhbərlik etdiyi Ayasofyanın inşaatında təxminən 10.000 işçinin çalışdığı və Jüstinyenin bu iş üçün böyük bir sərvət xərclədiyi mənbələrdə qeyd olunmuşdur.Dünyanın məhşur mərmər mədənlərindən də bura materiallar daşınmışdır. Xüsusən də Əyriboğaz adasından açıq yaşıl, Əlcəzairdən sarı rəngli, Siqadan çəhrayı, cənub-qərbi Anadoludan ağ qırmızı mərmərlər gətirilərək tikintidə istifadə edilmişdir. Gündə min usta və on min işçinin çalşması ilə 5 il 11 ay 10 günə inşaat başa çatmışdır. Aya Sofya müxtəlif dövrlərdə böyük təhlükələrlə qarşılaşmış, hündürlüyü 55,60 metr, eni 31,36 metr olan dövrün möcüzəsi kimi qiymətləndirilən qübbəsi genişliyi 1,1 metr olan 40 dirəyə söykənmişdir. Abidənin ağırlığını 40-ı aşağıda, 67-si yuxarıda olmaqla 107 sütun saxlayır, açılan 40 pəncərə onun bol işıq almasına səbəb olur.
Mən özüm Ayasofya muzeyini 2007-ci ildə,İstanbula gəldiyim ildə ziyarət etdim.Hədsiz gözəl təəssüratlar yaratdı məndə, məbədin möhtəşəm görünüşü,tarixi dəyərləri,toxunulmazlığı və s. Ümumiyyətlə,tarixi sevənlər üçün əsl görməli yerlərdən biridir.Sizlərə Ayasofyada çəkdiyimiz maraqlı bir şəkli təqdim edəcəm.
Məbədin sol qalareyasında sütunlardan birində dilək daşı var.Rəvayətə görə dəlikli daş davamlı tərlərmiş.Deyirlər Fateh Sultan Məmmədin fəthdən sonra bu dəliyə barmağını soxaraq qübbəni çevirərmiş.İnanışa görə, bu dəliyə əlin baş barmağı soxulub bir tam dövr atdırıldığında barmaq nəmlənirsə, o adamın diləkləri reallaşarmış. Bu inanc hələ davam edir. Turistlər, mis örtmənin ortasındakı dəliyə barmaq soxaraq dilək tutmaq üçün bu sütunun qarşısında sıraya girirlər.
Biz orda olanda nə yaxşı ki,növbə,sıra yox idi. Odur ki,doyunca baş barmağımızı həmin qübbə dəliyinə qoyub çevirməyə başladıq.Hava isti olduğundan,barmağımız onsuz da tərləməyə başladı.