Çin insan sivilizasiyası üçün ən əhəmiyyətli ixtiraların vətəni kimi tanınır. Qədim Çinin 4 nəhəng kəşfi vərəq, kompas, barıt və kitab çapı qurğusudur. Bunlar digər ölkələrlərin texnologiyalarında (Yaxın Şərq ölkələrindən yel dəyirmanı, Avropadan teleskop kimi) Çin mədəniyyətinə daxil olmuş və onun adı ilə yayılmış kəşflər deyil. Bu, həm də digər ölkələrdən gələn zəncirli nasos və ya kilometr sayğacı kimi kəşflərin texnologiyaları ilə əlaqəsi olmayan ixtiralardır.
İlk dəfə məktublaşmanın və təqvim düzətlməyin çinlilərə aid olması barədə heç bir şahid yoxdur. Ona görə də heç bir siyahıda Çin məktubu və ya Çin təqvimi anlayışı yoxdur. Elə bu səbəbdən də tarixə Çin operası, Çin riyaziyyatı və Çin arxitekturası daxil olmayıb. Çinlilərin canlı təbiət hadisələri, canlı orqanizimlər və insan orqanları haqqındakı kəşfləri və günəş sistemi haqqında farziyyələri mövcud deyil.
Çin təqvimi
Çinlilər mexanika, hidravlika, riyaziyyat, astranomiya, hərbi, musiqi və incəsənət, kənd təsərüfatı, tikinti mexanizimləri, dənizçilik nəzəriyyələrinin işləməsi üçün orijinal texnologiyalar ixtira etmişlər. E.ə 403-212-ci illərdə dövlətlərarası müharibələr dövründə Çin dövləti metallurgiyada ən qabaqcıl texnologiyaya sahib idi. Belə ki, onun metal əridən domna sobaları vardı. Çində kompleks iqtisadi sistemin yaradılması ilə kağız pulların istehsalı sülalə Sunun (960-1279) hakimiyyəti illərinə təsadüf olunur.
Barıtın kəşfi ilə tüfəng, piyada eleyhinə mina, dəniz minaları, silah güllələri, çoxpilləli raket, aerodinamik qanadlı raket kimi vacib və unikal ixtiraların yaranmasına zəmin yaratdı.
Qədim Çin günəş saatı
Əqrəblə işləyən ilk mexaniki saatı Çinin Tansk əyalətində e.ə 725-ci ildə I Sean və Liang Lintszanem hazırlamışlar.
Qədim Çin kompası
Kompas naviqasiyasından I əsrdən etibarən istifadə olunmağa başlandı və bunun sayəsində çinli gəmiçilər açıq dənizdə gəmini idarə etməkdə böyük uğurlar əldə etdilər. Kompasdan istifadə edərək onlar Şərqi Afrika və Yunanıstan sahillərinə qədər üzüb gələ bilirdilər.
Çin kukla teatrı nümunəsi
Çində həmçinin böyük mexanizimlərlə Kukla teatrı yaradılmışdır ki, burada hərəkətlər su qaldırmada istifadə olunan və avtomatlaşdırılımış çarxların sayəsində icra olunurdu.
Eyni zamanda Peyliqan və Pentauşan neolit dövründən bəri yaranan Çinin qədim adətlərindəndir. Onlar eramızdan 7000 il əvvəl meydana gəlmişlər. Çinin bu erasına mənsub olan ixtiraları orağabənzər və düzbucaqlı daş bıçaqlar, daş çapacaqlar və kürəklər, darı, düyü, soya əkmək üçün yer alətləri və ipəkçilik ləvazimatları, tikinti materiallar, əhənglə suvanmış dulusçu kürələri, səbət formasında keramik qablar, 3 ayaqlı keramik buludlar, keramik buxar sobaları, həmçinin tabut qalıqlarıdır.
Ardı var...