Qadin.NET / Susmağın faydası

Susmağın faydası

Susmağın faydası

Əziz Qadın.Netlilər, türkiyəli blogger Nil Günün müəllifi olduğu bu yazını hər birinizlə bölüşmək istədim. 

"İllər öncə Amerikada bir reklam şirkətində işə başlamışdım. Elə ilk gün çox önəmli bir müştəri ilə iclasa qatıldım. Həm yeni işçi olmaq, həm də belə bir iclasa qatılmaq məni həyəcanlandırmışdı. Masa ətrafına toplanmış insanların heç birini tanımırdım. Özümə güvənirdim, amma müştərinin istəkləri barədə heç bir fikrə sahib deyildim. Buna görə də iclas boyunca susmağa qərar verdim. Danışılanları diqqətlə dinlədim. Tez-tez qeydlər aparırdım. Üzümdən təbəssümü əksik etmədim. İclas 5 saata qədər davam etdi. Sonda kim olduğunu daha sonra öyrəndiyim reklam şirkətinin müdiri Mr.Hern yanıma gəldi. 

Susmağın faydası

- Çox yaxşı idin, Nil - deyə əlini çiynimə vurdu.

- Çox sağ olun. Amma sözə çox da qarışmadım - dedim.

- Bəli, heç bir şey söyləmədin, elə buna görə də mükəmməl idin. Toplantıdakı hər kəs sənin işdəki ilk günün olduğunu bilirdi. Böyük maraqla sənin nə deyəcəyini və özünü necə aparacağını gözləyirdik. Biliyi olmadan fikir bildirən o qədər çox insan var ki...

Əlimi iki əlinin arasına alaraq sözlərinə davam etdi:

- Sən onlara bu zövqü yaşatmadın. Səssiz qaldın. Daha çox qeydlər apardın və diqqətlə dinlədin. Bir başqa iclasda deyəcək sözün olduqda hər kəsin səni diqqətlə dinləyəcəyindən əmin ol.

Bəzən danışmaq deyil, susmaq daha yaxşıdır. Bunu yadınızda saxlayın. 

Susmağın faydası

Əslində məni tanıyanlar nə qədər söhbətcil olduğumu bilirlər. Amma Mr.Herninin bu tövsiyyəsi hər zaman yadımda qalacaq. Yaxşı bildiyimiz mövzularda fikrimizi deməli, əmin olmadığımız mövzularda isə susub dinləməliyik. Gün boyu danışan biz olsaq, bir şey öyrənə bilmərik. Amma başqalarını dinləmək həm baxış tərzimi genişləndirir, həm də daha çox şeylər öyrənməyə imkan taparıq. Dinləməyi bilmək sənətdir. Bir çox insan dinləmək yerinə növbə ona çatdıqda nə deyəcəyini öz beynində götür-qoy edir. Bəziləri də başqalarının sözünü kəsərək hörmətsizcə davranır.

Bəzən biz uşaqlarımızın bizi anlamadıqlarından şikayət edirik. Biz bu dünyaya anlaşılmaq üçün deyil, anlayış qazanmaq üçün gəldik.

Nəyisə öyrənmək istəyiriksə, mütləq susmağı bacarmalıyıq. Suallar verərək danışanın söylədiklərini doğru anlamağa çalışmalıyıq. Zehinimiz hər söylənən sözü açıqlayar. Mesajdakı boşluqları özünə görə doldurur. Yanlış düşüncələr bu boşluqları hər kəsin özünə görə doldurmasından qaynaqlanır. Dinləməyi də, danışmağı da bilən insanla söhbət etmək daha maraqlı olur.

30 aprel 2014
GO BACK