Qadin.NET / Ay bölgüsü necə yaranıb?

Ay bölgüsü necə yaranıb?

Ay bölgüsü necə yaranıb%3F

Aylardakı gün bölgüsü necə yaranıb bilirsiz?

Deməli hadisə Yuri Sezarın dövrünə təsadüf edir.Yuri Sezar o dövrün təqvimindəki qarışıqlığı həll etməsi üçün Misirli astronom Sosiginesə əmr verir.O zamanlarda 1 ilin 365 gün 6 saat davam etdiyi bildirilir.

Sosigines belə həll edir: Hər il 365 gün çəkəcək.Hər ildən qalan 6 saat 4 ildən bir təqvimə əlavə olunacaq.Və o il 365+24 saat=366 gün olacaq.

366 gün 12 bərabər hissəyə bölünmədiyi üçün 6 ay- 30 gün,digər 6 ay isə-31 gün çəkəcək.

Yaxşı,365 gün olan illərdə gün bölgüsü necə olacaq?

Sezar əmr verir:365 gün çəkən illərdə ən son aydan 1 gün ləğv olunsun.O zamanlar ilin son ayı Fevral, ilk ayı isə Mart idi.

Beləcə,fevral ayı 4 ildən bir 30 gün,digər illərdə isə 29 gün olmuşdu.Sezar bununla da kifayətlənməyib,doğulduğu aya öz adını vermişdi.JULİUS-yəni İyul.

Sonradan imperator olan Oktavian Avqust(Augustus),Sezardan geri qalmamış və sonrakı aya öz adını vermişdi.August-yəni Avqust.Lakin Sezarın ayının(İyul) 31 gün, avqust ayının isə 30 gün olması ilə razılaşmayan imperator əmr etmiş:İlin son ayından daha bir gün alın və mənim ayımı 31 gün edin.

Yazıq fevraldan 1 gün daha alınmış və Avqusta əlavə olunmuşdu.O gün bu gündür,fevral ayı 4 ildən bir 29,qalan illər isə 28 gün çəkir.İyul və Avqust ayı isə yeganə aydır ki,dalbadal 31 gün çəkir.

18 yanvar 2011
GO BACK