İtalyan rəssamı Alessandro Diddi 3D formatında çəkdiyi rəsimlərdə həqiqət və qurğu arasındakı çizgini silir, sanki çəkilmiş rəsmlər kağızdan kənara çıxır. Rəssam öz çəkdiyi rəsimlərdə əlini, hətta rəsimləri çəkmək üçün istifadə etdiyi karandaşı belə əks etdirib. Rəssamın 12 möhtəşəm əl işini sizlərə təqdim edirəm. Buyurub baxa bilərsiniz.
Bu rəsmdə çəkilmiş əl sanki həqiqidir və ovcunun içində üzük saxlayır.
Bu rəsmdə isə ilan sanki kağızdan sürünüb çıxır.
İplə yuxarı qaldırılan fiqur, fikir versəniz hətta kağıza kölgəsi də düşüb.
Bu rəsm də çox maraqlıdır, elə deyilmi? Sanki ağız barmağı dişləyir.
Bu rəsmdə müxtəlif formalı fiqurlar əks olunub. Sanki onlar həqiqidir və üst-üstə yığılıb.
Sanki delfin kağızdan çıxaraq halqa içindən keçəcək.
Bu rəsm də öz qeyri-adiliyi ilə çox maraqlıdır.
Rəssamın çəkdiyi insan rəsmində sanki biri digərinin qollarından tutub dartıb.