Qadin.NET / Musiqidən alınan keyfin sirri açıldı

Musiqidən alınan keyfin sirri açıldı

 


Musiqi dinlərkən aldığımız keyfin səbəbinin nədən qaynaqlandığını bilmək istəyirsiniz? Kanadada edilən bir araşdırma nəticələri musiqi dinlərkən duyulan həzzin "dopamin" adlı kimyəvinin beyində ifraz olduğunu ortaya qoydu.

Kanadanın McGill Universitetinin elm adamları, həyat üçün zəruri davranışları gücləndirən motivasyonda rol oynayan dopaminin musiqi dinləmək kimi mücərrəd bir həzz ilə olan əlaqəsini araşdırdı.

19-24 yaşındakı "sevdikləri musiqisi dinlərkən çox zövq" aldıqlarını söyləyən 217 gönüllünün qatıldığı araşdırmada elm adamları, ifraz dopamini beynin hərəkətini araşdırdı. Bundan başqa, iştirakçıların bədən istiliyi, ürək atışı tənəffüs sürəti ölçüldü.

Araşdırma nəticəsində sevdikləri musiqini dinlədikləri zaman iştirakçıların dopamin səviyyəsinin yüzdə 9 artdığı təsbit edildi. Sevmədikləri musiqini dinlədikləri zaman isə dopamin səviyyəsinin azaldığı görüldü.

1 fevral 2011
GO BACK