1. Hər şeyin ən pis tərəfini görərlər
Yazıq insanların düşüncəsi hər şeyin ən pis tərəfini fikirləşmək, ən pis ehtimalları düşünmək üzrə formalaşmışdır. Özlərinin və ya dostlarının həyatında yaxşı bir şey olsa da "pis" olandan bəhs etməkdən, danışmaqdan imtina etməzlər.
2. Dostlarını sevməzlər
Yazıq insanlar özləri kimi insanlarla dostluq etməyi xoşlayırlar. Xoşbəxt, müvəffəqiyyətli insanlarla dost olmağı xoşlamazlar. Dostlarının çətinlikdə, darda olmağı belə insanları sevindirər, onlara öyüd-nəsihət və təsəlli verirmiş kimi görünsələr də, əslində bundan zövq alarlar.
3. Həqiqətlərdən qaçmaq üçün hər obraza girərlər
Bu insanların həyatları çox pisdir. Yəni onlar həyatlarının pis olduğuna özlərini inandırırlar. Buna görə də həyatlarının həqiqətləri ilə üzləşib, problemlərini həll etmək yerinə ondan qaçarlar. İçki içər, narkotik maddələrdən istifadə edərlər. Kitab oxumaq, televizora baxmaqdan uzaqlaşarlar. Məqsədləri ancaq həyatdan qaçıb uzaqlaşmaqdır. Əsl problemləri isə əsla qaça bilməyəcəkləri bir şeydən qaçmağa çalışmalarıdır. Həqiqətən kədərlidir.
4. Naşükürlük edirlər
Hamımızın səhər yataqdan durmaq istəmədiyimiz günlər olur. Amma yazıq insanların hər günü belədir. Həyatı sevmədiyi üçün səhər ayılmağı istəməmək çox normaldır. Belə insanlar normal insanların hər səhər həyəcanla ayılmalarına paxıllıq edər, onları qısqanarlar.
5. Hər şeydən problem yaradırlar
6. Özgələrində səhv axtarırlar
Bu tip insanlar digər insanları da aşağı, öz səviyyələrinə çəkməyə meyillidilər. Ən yaxın dostlarının belə qüsurlarını, səhvlərini tapıb cəmiyyət içində təhqir etməyə çalışırlar. İnsanların əhvalını pozmaqdan təsvir edilməz bir zövq alarlar.
7. Özlərini bəyənməsələr də, hər kəsdən yaxşı olduqlarını deyərlər
8. Xoşbəxt olduğunu düşünən insanları qısqanırlar!
Xoşbəxt olmadıqları üçün xoşbəxtlik onlara əlçatmaz kimi gəlir. Onsuz da xoşbəxtlik o qədər asan, əlçatan olsa idi, onlar da xoşbəxt olardılar. Ona görə də xoşbəxt görünən insanları əslində avam sanırlar, düşünürlər ki, onlar əslində xoşbəxt deyillər, yalandan deyirlər.
Bunların hamısı müalicə edilə bilər!
Ətrafınızda yuxarıda sadaladığım 8 xüsusiyyətin bir və ya daha çoxuna sahib insanlar varsa, onlardan uzaqlaşın. Əgər özünüzdə varsa, bu xüsusiyyətlərinizi dəyişdirməyə çalışın!