Qadin.NET / Dahilərin müdrik sözləri

Dahilərin müdrik sözləri

 

 


  ♥ Köynəyin ilk düyməsi səhv düymələnilincə digərləri də səhv gedər. C. BRUNO

  ♥ İnsan uçurumun kənarına çatmadan qanadlanmaz. KAZANCAKIS

  ♥ Bildiyimizi zənn etməmiz öyrənməmizin ən böyük düşmənidir. DR. C. BERNARD

  ♥ Kiçik şeylərə çox əhəmiyyət verənlər əllərindən böyük şeylər gəlməyənlərdir. ƏFLATUN

  ♥ Insan ancaq anladığı şeyləri eşidər. GOETHE

  ♥ Iki növ insan daim açdır. Biri elmi axtaran, digəri də pulu. CAT STEVENS

  ♥ Kapitanın ustalığı dəniz durğunkən aydın olmaz. LUKIANOS

  ♥ Ölümün bizi harada gözlədiyi müəyyən deyil, ən yaxşısı biz onu hər yerdə gözləyək. MONTAIGNE

  ♥ Ən insani davranış, bir insanın utanılacaq vəziyyətə düşməsini önləməkdir NIETZSCHE

  ♥ Sözlərin gücünü anlamadan, insanların gücünü anlaya bilməzsiniz. Konfüçyüs

  ♥ Hər kəsin üç şəxsiyyəti vardır; Ortaya çıxardığı , sahib olduğu , sahib olduğunu sandığı. Alphonse Karr

  ♥ Yaxşı dostu olanın aynaya ehtiyacı yoxdur. Mövlana

  ♥ Cəhalətlə dahilik arasındakı gerçək fərq nədir bilirsinizmi? Dahiliyin sərhədləri var cəhalətinsə heç bir sərhədi yoxdur. Whoopi Goldberg

  ♥ Yuxuları reallaşdırmanın ən yaxşı yolu oyanmaqdır. S. M. Power

  ♥ Böyük adamların səhvləri günəş tutulmasına bənzər, onları hər kəs görər. Cucong

  ♥ Boş zaman yoxdur boşa keçən zaman vardır. Tagore

  ♥ Düşmən istəsəniz dostlarınızı keçməyə çalışın. Dost istəsəniz , buraxın , dostlarınız sizi keçsin. La Rochefoucauld

  ♥ Düzgünlük sonsuzluğun günəşidir. Necə olsa doğular. Wendell Phillips

  ♥ Böyük sıçrayışı reallaşdırmaq istəyən, bir neçə aaddım geriyə getmək məcburiyyətindədir.  Bertolt Brecht


  ♥ Hər şeyi sınayaram, amma edə bildiklərimi edərəm. Herman Melville


  ♥ Eşq bir qadının həyatının bütün əhvalatı, kişinin isə yalnız bir macərasıdır. Madama da Stael

25 mart 2011
GO BACK