Qadin.NET / Hər gözyaşı ağlamaq deyil!

Hər gözyaşı ağlamaq deyil!

 

Dünyaya addımımızı ilk atdığımızda və ilk nəfəsimizi ciyərlərimizə çəkdiyimizdə ağlamağa başladıq. Körpəykən qarnımız acdığında, bir ağrımız olduğunda ağladıq. Çünki əlimizdən başqa bir şey gəlmirdi. Uşaqkən istədiklərimizi əldə etmək üçün ağlama silahını istifadə etdik. Bəzən də döyülüb, danlanıb ağladıq. Yetkinlik çağına gəldiyimizdə hər xırda şeyə görə ağlamağı buraxdıq. Artıq tək qaldığımız zamanlarda çətinlikdən, kədərdən, eşqdən və ayrılıqdan ağlar olduq. Və böyüdükcə gözyaşını daha az tökər olduq. Və həyata gözlərimizi yumduğumuzda bu səfər ağlayan biz deyil sevdiklərimiz oldu.

Qısacası ağlamaq həyatımızın hər mərhələsində bizimlə idi. Gözyaşları ilə dünyaya gəldik və yenə dünyadan gözyaşları ilə ayrıldıq. Hamımız çox yaxşı bilirik ki, hər gözyaşı tökmək ağlamaq deyil. Elm adamları gözyaşlarını dörd ana qrupa və bir əlavə qrupa ayırırlar:

Təməl Gözyaşları
Bu gözyaşı ağırlıqlı olaraq su və duzdan meydana gəlir və göz səthimizin sürüşkən qalmasını təmin edir. Gündəlik ortalama 150-300 qram qədər ifraz olunur. Və bir müddət sonra burun boşluğuna salınır.

Refleks Gözyaşları
Ani vəziyyətlərdə gözü qorumaq məqsədiylə ifraz olunan gözyaşlarıdır. Soğan doğrayarkən ya da gözümüzə toz qaçdığında gözlərəmiyin yaşayarması nəticəsində ortaya çıxan gözyaşlarıdır. Refleks gözyaşları ifraz olunduğunda biz bu vəziyyəti ağlamaq olaraq adlandırmırıq, daha çox gözlərim yaşayardı ifadəsini istifadə edirik.

Duyğusal Gözyaşları

 Sıx bir duyğunun nəticəsində tökülən gözyaşıdır ki bu gözyaşının tökülməsini biz ağlamaq olaraq xarakterizə edirik. Duyğusal gözyaşları digər gözyaşlarından % 25 daha çox zülal ehtiva edir. Və təzyiqi salıb toksinlərin çölə atılmasını təmin edir. Bununla birlikdə duyğu gözyaşları bədənin yaxşılaşmasına köməkçi olur. Zərərli bakteriyaların təmizlənməsi yenə bu gözyaşlarının sayəsində olur. Və araşdırmalar duyğusal gözyaşının adamı depressiyadan uzaq tutduğunu göstərir. Yəni ağladığımızda yalnız ağlamış olmuruq. Bir tərəfdən rahatlayarkən, digər tərəfdən özümüzü depressiyadan uzaq tuturuq. Ağlama sonrasında özümüzü rahatlamış hiss etməmiz bu tezisi dəstəkləyir.

Patoloji Gözyaşları
Son illərdə ədəbiyyatda bir ağlama növü daha diqqət çəkir: patoloji ağlama. Xüsusilə bəzi psixoloji problemlərə məruz qalan xəstələrdə o ankı vəziyyətlə əlaqəsi olmayan əlverişsiz ağlamalar görünür. Məsələn xəstəyə yemək yedirərkən, xəstənin yataq örtüsü toplanarkən xəstənin də idarəsi xaricində reallaşan ağlamalar patoloji ağlama olaraq xarakterizə edilir. Yəni təsir edən faktorla gözyaşı arasında doğrudan bir əlaqə olmur. Və ən əhəmiyyətlisi də bu ağlamanın xəstənin istəyi xaricində reallaşması. Xəstə də özün niyə ağladığını bilmir. Xüsusilə Parkinson və Alzheimer xəstələrində patoloji ağlama görülə bilir.

Timsah Gözyaşları (əlavə qrup)
Çox istifadə edilən bir gözyaşı deyimi də ‘timsah gözyaşlarıdır'. Timsah gözyaşları tökür demək bir şeyə kədərlənmədiyi halda kədərlənmiş kimi etmək deməkdir. Yəni bu zaman axıtılan gözyaşı ağlamaqla bir əlaqəsi yoxdur və sadece sudan ibarətdir. Saxtakarlıq, ikiüzlülük kimi mənfi bir mənası vardır. Timsah gözyaşları deyilməsinin səbəbi isə timsahlar ovlarını yeyərkən, ağızlarını çox açdıqlarında, gözlərindən bir maye ifraz olunmasıdır. Əslində gözyaşı kimi görünən bu mayenin kədərlə bir əlaqəsi yoxdur.

Niyə Ağlayırıq?
Bilirik ki, hər gözyaşı tökmə ağlamaq deyil, ağlamamıza gətirib çıxaran təməl faktor duyğu sıxlığıdır. Bəzən olur, o qədər sevinirik ki, ‘xoşbəxtlik gözyaşları' tökürük. Bəzən də kədərimiz o qədər dərinləşir ki ‘hüzn gözyaşları' yanaqlarımızdan süzülür. Qorxduğumuz vəziyyətlərdə isə ‘qorxu gözyaşları' tökürük. Dözülməz ağrılara məruz qaldığımızda, çarəsizliyimizin dozası artdığında gözlərimizdən ‘acı gözyaşları' süzülür. Bəzən də peşmanlıq duyğusu o qədər bizi qucaqlayır ki ‘peşmanlıq gözyaşları' özünü göstərir.

Ya Ağlaya bilmiriksə?
Araşdırmaların ağlamanın insan bədəni və psixologiya üzərində rahatlaşdırıcı təsiri olduğunu göstərdiyini söyləmişdik. Yaxşı, ağlaya bilməyənlər necə olacaq? Əgər ağlaya bilmiriksə fərqində olduğumuz (şüurlu) ya da fərqində olmadığımız (şüursuz) ağlamamıza əngəl olan səbəbləri tapıb onları ortadan qaldırmamız lazımdır. Lazım olsa bu nöqtədə bir psixoloqdan professional bir kömək almağı belə seçim edə bilərik.

Xülasəylə hər nə qədər indiki vaxtda ağlamaq zəiflik göstəricisi olaraq görülsə və göstərilsə də gözyaşı tökməkdən çəkinməməmiz lazımdır. Çünki ağlamaq ruhumuzda yığılan çirkləri atıb yüngülləşməmizi təmin edir.

Sevinc gözyaşınız bol olsun!


Sonda qadin.net-in xanımları siz necə tez-tez ağlayırsızmı???

16 yanvar 2011
GO BACK