Qadin.NET / Mina çiçəyi

Mina çiçəyi

Mina çiçəyi

Mina çiçəyi sapsız yarpaqları tüklərlə örtülü, çiçəkləri sünbül vəziyyətində rəngarəng, mavi və ya bənövşəyi rəngdə, sapı dördbucaqlı olan gözəl ətirli  bir ot bitkisidir. Digər adları qanotu, göyərçinotu, verbena, vervain olaraq bilinir. Ən məşhur adı Verbena officinalisdir.

 Verbana officinalis deyilən növü 30-80 sm boyunda, bir və ya bir çoxillik  bitkidir. Sapı  kökü qlükozit  acı bir maddə ehtiva edir. Tökdüyü toxumlarıyla çoxalır. Ana vətəni bilinmir amma dünyanın bir çox yerində becərilir. Mina çiçəyinin bütün torpaqüstü seqmentləri bitki çiçək açmadan əvvəl yaz ortasında toplanır. Kölgə, quru və hava olan yerdə qısa bir müddətdə qurudulur.

İyul - sentyabr ayları arasında rəngarəng  çiçəklər açır.  İncə görünüşü sizi aldatmasın. Nazlanmayan, kaprizi olmayan, üstəlik çox da qulluq tələb etməyən, günəşə və günəşsizliyə dayanıqlı, nəm ehtiyacı az olan gözəl çoxillik bir bitkidir. Çox tələbkar olmadığı üçün dünyanın az qala hər yerində bu bitkidən tapılır. 

Mina çiçəyi

Çoxillik və dayanıqlı bir bitkidir. Yarpaqları tüklü, tünd yaşıl rəngdədir. Qırmızı, , bənövşəyi, mavi, çəhrayı kimi rəngləri mövcuddur. Çiçəyin ortası ağ və qara görünüşüylə balaca gözlərə oxşayır. Yetişən meyvələri tək toxumlu sərt meyvələr verir.
Çox torpaq ayrımı etməz. Orta az nəm ehtiyacı vardır. Bağçasında yaşıllığı az olanlar üçün çox gözəl bir bitkidir. Onu bağçanızın hər yerinə əkə bilərsiniz. O şitil halında əkilir. Ancaq alacağınız şitilin az çiçəkli olmasına diqqət yetirin. Əkdiyiniz zaman ilk həftə hər gün sulamaq lazımdır. Sonrasında isə həftədə bir dəfə sulama bə edir. Sulayarkən suyu çiçəyin başından aşağı tökməyin. Torpaqdan sulayın. Yay aylarının sonlarına doğru gübrələmək tövsiyə edilir.

Bağçası olmayanlar kədərlənməsin. Bu bitki eyvan saxsılarda da çox gözəl görünür və o şəraitdə rahat yaşaya bilir .Yay aylarında ölü budaqlarını kəsərək təmizləməyi unutmaq olmaz. Mina çiçəyinin ən böyük düşməni isə kifdir. Bunun üçün çox diqqətli olmaq lazımdır. Onu da qeyd edim ki, deyilənə görə limon iyinə bənzər qoxu verir. Bu ətir həm zehni həm bədəni canlandırır.

Çox dəbdəbəli bir bitki olmayan mina çiçəyi Köhnə Misir, Yunan, Çin, Romada  xristianlığın ilk yayıldığı dövrlərdə müqəddəs sayılıb təriflə xatırlanmış, eşq iksirlərinə qatılmışdırMüasir dövrdə bitkinin faydası bu tərifləri haqlı çıxartmışdır.

Mina çiçəyi

Mina çiçəyinin faydaları:

Həzmi asanlaşdırır, iştah açır. Sidik qovucudur tərlədici xüsusiyyətə malikdir. Yorğunluğu və yuxusuzluğu aradan qaldırır. Depressiya və miqren şikayətlərini azaldır. Baş, bel, oynaq, sinə və qulaq ağrıları zamanı fayda verir. Revmatizmə faydalıdır. Mədə və bağırsaqlara da yaxşı təsir edir. Öd kisəsi və sarılıq xəstəliyində yanğıları azaldır. Menstruasiya tənzimləyici və sancılarını azaldıcı təsirlərə malikdir. Diş çürüməsi diş əti xəstəliklərində qarqara olaraq istifadə edilir. Boğaz əti  iltihabı, soyuqlama, öskürəkastma və bronxitə qarşı faydalıdır. Sinirləri sakitləşdirici bir bitki olan mina çiçəyi yuxusuzluq şikayətlərinə və gərginliyə qarşı da  faydalıdır.

Həmiçinin qurudulmuş yarpaqları, çiçəkləri və kökləri də qaynadılaraq istifadə olunur.
Bu təsirləri təmin etmək üçün mina çiçəyinin bütün torpaqüstü seqmentlərini bitki çiçək açmamışdan əvvəl - yazın ortasında toplanılır və bacardıqca tez bir zamanda qurudurlur. 1-3 çay qaşığı qurudulmuş bitkinin üzərinə 1 stəkan qaynar su tökülür. 10-15 dəqiqə bu şəkildə dəmləyərək əldə edilən çay, gündə üç dəfə bir stəkan olaraq içilir. Yuxusuzluqdan əziyyət şəkən zaman yatmamışdan əvvəl bir stəkan içilir.  

Mina çiçəyi

Həmçinin mina çiçəyinin ətiri gözəl olduğu üçün müxtəlif ətirlərdə də ondan istifadə olunmuşdur.

Maraqlıdır: Mina çiçəyi barədə araşdırarkən qarşıma belə bir məlumat da çıxdı və bunu sizinlə bölüşmək istədim.

Son zamanlarda olduqca ön planda olan vampir filmlərində və seriallarında mina çiçəyinin(verbana) adı tez-tez eşidilir. Hətta kino və televiziya dünyasına görə üzərində mina çiçəyini daşıyan insanlar vampirlərin təsiri altına girmir.

16 aprel 2014
GO BACK