Qadin.NET / Gözəllik üçün nələr lazımdır?

Gözəllik üçün nələr lazımdır?

Gözəllik üçün nələr lazımdır?

Gözəllik haqda yazılan "Gözəl olan həyatda qalar'' adlı kitab dərc edilib. Psixoloq Nancy Etkoff bütün mədəniyyət və sivilizasiyaların ortaq dəyəri olan gözəlliyi psixoloji və bioloji baxımdan araşdırmağa çalışır. Nəticə belədir - təbii seleksiyada yalnız güclülər deyil, gözəllər də həyatda qalır. Bu günə qədər heç bir aşıq, heç bir filosof gözəlliyin gözəllik qədər qüsursuz tərifini bilməmişdir. Fiziki görünüşün insanın mənəvi dəyərləri haqqında heç bir işarə vermədiyi artıq məlumdur. Nancy Etkoffun araşdırmalarına görə, gənclik və gözəllik həmişə yanaşı gedir. Bu təbii ki, yeni bir kəşf deyil, ancaq bioloji şərhləri var: gözəllik axtarışı genlərini başqasına keçirmə instinktindən qaynaqlanır. 

Bütün mədəniyyətlərdə iri gözlər, uzun kirpiklər, incə qaşlar, kiçik burun, çıxıq almacıq sümükləri, oval üz xətləri, dolğun dodaqlar sevilir. Amerikalı psixoloq Viktor Johnstonun İnternetdəki veb saytında "genetik alqoritm'' adlı kompüter proqramıyla etdiyi test bu seçimləri sübut edir. İstifadəçilər üz səthində olan 17 milyard nöqtədən təsadüfi seçilmiş şəkillər arasından seçim edirlər. Kompüter bu minlərlə seçimi birləşdirərək yeni üzlər bərpa edir. Və ortaya çıxan nəticə: 14 yaşındakı bir qızın dodaqlarıyla 11 yaşındakı bir qızın göz-çənə məsafəsi olur. Johnstonun şərhinə görə, dolğun dodaq və dar çənə quruluşu kişilərin beynində primitiv siqnalı - genlərini yayma instinktini oyandırır. Qadın üzləri kişiyə xas istiqamətdə inkişaf edir. Üz uzanır, göz-qaş məsafəsi daralır, dodaqlardakı yağlar itdiyi üçün üzün profili yastılaşır, zaman içində formalaşan qığırdaq təbəqəsi burun və qulaqları daha uzun göstərir.

Gözəllik üçün nələr lazımdır?
Kişi gözəlliyinə gəlincə, kişinin cazibədar olması üçün avtoritar görünməsi lazımdır. Doğacağı uşağa keçəcək genləri seçmə instinktiylə hərəkət edən qadın bu avtoritar görünüşü geniş çənə quruluşu və əzələli bir bədəndə tapır. Qadınlar körpə üzlü kişilərə vaxt sərf etmək istəmir. Çünki gülümsəyən körpə üzdə cazibədarlıq yoxdur. Bəs bu təbii seçimdə gözəllər necə həyatda qalır? Budur, gözəl və çirkinə qərəzli yanaşmanın nümunələri:
Gözəlin şansı hələ uşaqlıqdan başlayır. ABŞ-ın Missouri əyalətində aparılan araşdırmada 400 müəllimə beşinci sinif şagirdlərinin müvəffəqiyyət qrafikini göstərən kartlar verilir və bu kartlara uşaqların şəkilləri əlavə edilir. Nəticədə kartlarda iştirak edən konkret məlumatlara baxmayaraq, müəllimlərin gözəl tələbələrin daha ağıllı olduğunu düşündükləri ortaya çıxır. Bütün araşdırmalarda bu nəticə əldə edilir: İnsanlar cazibədar kişi və qadınların daha ağıllı olduğunu fərz edir.
Gözəl uşaq cinayət törətdiyi zaman böyüklər uşağın şəraitin qurbanı olduğunu düşünür. Daha az cazibədar görünən bir uşaq cinayət törətdiyi zaman isə gələcəyin məhkumu gözüylə baxılır.
Gözəl hər əngəli daha asan aşır. Mağaza oğurluğu da etsə, imtahanda cavabları köçürsə də, çirkinə görə yaxasını daha asanlıqla qurtarır.
Gözəl oğrular polisə təhvil verilmir, verilsə belə, daha az cəza alır. Polis, prokuror və hakimlər mövcud hadisəni bir kənara buraxıb, "Bu xoş varlıq belə bir cinayət törətmiş ola bilərmi?'' deyə düşünür.
Cinsəllikdə hər zaman xarici görünüşün vacib amil olduğu sanılır. Kişilər gözəl qadınların daha təcrübəli və daha macəra düşkünü olduğuna inanır. İnsanlar istər kişi olsun, istər qadın, gözəllərin daha çox əlaqəyə girdiyini, daha çox aşiq olub, daha erkən yaşda cinsi təcrübə yaşadığını fərz edir. Halbuki, cinsəllik qətiyyən gözəllərin nəzarətində olmur.
10 aprel 2014
GO BACK