Bu xəbərimdə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilmiş internetin qorxularından danışacam. Bəlkə də aramızda bu qorxuların bir qismini keçirənimiz var. Sadəcə, keçirdiyimiz qorxulara ad verə bilmirdik və yaxud da bunun bir qorxu olduğunu heç bilmirik. Amma bu xəbəri oxuyandan sonra internet qorxularımızın bir adı olduğunu öyrənəcəyik.
Məhz həyatda "online" ilə bağlı daha çox qorxu yaranır. Bəzən ilk baxışdan bu çox şişirdilmiş fobiya - digər tərəfdən bəzi insanların ruhi tarazlığı üçün tamamilə real təhlükədir. Onlardan bəziləri xeyli sayda istifadəçinin artıq həyatını korlayır.
"Bəyənmə" fobiyası. Bu qorxu abunəçilər və dostlarının virtual həyatda sənin yazılarına maraq göstərməyəcəklərindən yaranır. Başqa sözlə, bu qorxu az sayda "bəyənmə səsi" almaqdandır. Bu həyəcan sosial şəbəkələrin aktiv istifadəçilərinin şüurunu artıq çoxdan narahat edir.
İnternet - xronofobiya. İnternetdə boş yerə vaxt itirmək qorxusu. Qorxu çox qısa olduğundan ən dayanıqlı tarazlığı da çıxarmağa qadirdir. Ancaq belə sosial şəbəkələrdə vaxt itirməkdənsə, çıxıb təmiz havada gəzmək, sevdiklərinizlə, yaxınlarınızla vaxt keçirmək ən yaxşı fikir ola bilər.
Aqlifobiya. Bu qorxu şəbəkənin zəifləməsi, gün boyu internetin işləməməsi və ya bu səbəbdən çox gözləmə olması zamanı yaranır. Bu isə artıq dövrümüzün bəlasına çevrilib: "Nə vaxt internet gələcək ki, mənə lazım olan səhifəyə daxil olum?" Demək olar ki, belə suallar həmin an beynimizi yeyib bitirir.
Selfifobiya. Bu, çəkilən şəkillərdə pis düşə bilmə qorxusudur. Bu qorxu həm əsəb gətirir, həm də demək olar ki, çoxlu vaxt aparır. Çünki hər cür pozada durursan ki, çəkilən şəkil yaxşı alınsın. Bu da yeni texnologiyaların məhz üstün bacarığından asılıdır. Ancaq texnologiya bu kaprizlərə dözə bilər.
Stenofobiya. Bu qorxu qohumunuzun sizin olduğunuz hansısa sosial şəbəkədə qeydiyyatdan keçə bilməsi ilə yaranır. Çünki siz məcbur olub onu öz dost siyahınıza əlavə etməli olacaqsınız. Lakin bu qorxu ən çox sosial şəbəkədə "online" həyatı real həyatından fərqlənən insanlarda rast gəlinir.
İqnofobiya. Bu qorxu isə baxılmış, amma cavablanmamış məktubların qorxusudur. Hansısa bir səbəbdən cavablanmamış ola biləcək SMS-lərin və ya sadəcə cavablamaq istəmədiyiniz məktubların qorxusudur.