Gül və balaca ulduzlara bənzər keks qabında bişirilmiş şirniyyatın görüntüsü mükəmməldir.
Keks tortlar
Hazır tort formasında olan keks qablarında bişən şirniyyatların görünüşü göz oxşayandır. Sanki böyük tortlar kiçilib, üzərini də zövqə görə bəzəyə bilərsiniz.
Keks fincanı
Fincanda keks dediyimizdə ağlınıza həqiqi fincanlarda bişirilən kekslər gəlməsin. Bundan gözəl daha bir variant var, yuxarıda hazır fincan keks qabı. Bu üsuldan istifadə etməklə də çox gözəl görünüşlü fincan keksləri əldə edə bilərsiniz.
Şahmat formalı keks
Şahmat formalı kekslər və ya tortlar hazırlamaq artıq olduqca asandır. Bunun üçün əziyyət çəkmədən keksi kəsmək üçün xüsusi qablar və kəsim formaları mövcuddur. İstifadə edərək üzərini də təbii rənglərlə bəzəyərək göz oxşayan keks və ya tort əldə edə biləcəksiniz.
3D formatlı keks qabı
3D formatlı keks qabları çoxdur, zövqə görə müxtəlif quşlar və heyvanlar, güllər, ayaqqabı və s. formalı kekslər hazırlamaq olar. Təqdim etdiyim bu skelet başı forması isə qonaqlarınız üçün unudulmaz olacaq.. Keks qabına xəmiri töküb bişirib, üzərinə şəkər kirşanı səpib süfrəyə təqdim edəsiniz.
Qatar keksi
8 ədəd keksi qatar formasında hazırlayacaqsınız. Sonrası isə sizin xəyal gücünüzə qalıb, necə istəsəniz zövqə görə bəzəyib təqdim edəcəksiniz. Bu formalı kekslər xüsusilə uşaqlar üçün mükəmməl olacaq.
Oğlanlar üçün keks
Əgər, əziz xanımlar, ailənizdə oğlan uşağı böyüyürsə, top formalı bu keks onlar üçün imtina edilməz olacaq. Top fomrasında keks qabıdır. Futbol ya basketbol topu - necə istəsəniz, mastika xəmirləriylə bəzəyə bilərsiniz. Tamamilə sizin zövqünüzdən asılıdır.
Qızlar üçün keks
1974-cü ildə yapon rəssamı Sintaro Çudzi ağ pişik siması çəkmişdi, hansı ki bu sima 2 il sonra məşhurlaşdı. Müxtəlif brendlərin, oyuncaqların siması oldu. Hal-hazırda "Hello Kitty" geyimlərə, qab-qacaqlara, hətta gördüyünüz kimi keks qablarına belə keçdi. "Hello Kitty" keksi isə qız uşaqlarının imtina edilməzi olacaq.
Sehrbazlığa maraq göstərən uşaqlar üçün keks
Bu keks qabının köməkliyi ilə mətbəxdə sehirbaz olmaq mümkün olar. Hətta papağın içindən dovşan belə çıxarda bilərsiniz.
Robot kekslər
Rəngarəng şirin keks qabları. Adətən fincan keksinə bənzəyir, sadəcə bunlar robot formasındadır. Bu qablarda keks hazırlayanlar mütləq yuxarısını müxtəlif rəngli kremlərlə bəzəməlidir ki, görünüş mükəmməl olsun.