Qadin.NET / Kor həyatlar

Kor həyatlar

Kor həyatlar

Miguel Ruizin kitabında işarələdiyim sətirlər məni bu yazını yazmağa vadar etdi: "Kimsə görməyi rədd edən birindən daha kor ola bilməz". İnsanların çoxunun bu korluqla düyün halına gəlmiş həyatlarda ilişib qaldıqlarının fərqinə varmısınızmı? 

 İnsanın nəfsi elə bir oyun oynayar ki, bunu gerçək hesab etməyə başlayarsınız. Misal üçün, pis qurulmuş münasibətlərdə problem yoxmuş kimi həyat rolunuzu oynamağa başınız elə qarışar ki, bir gün gerçəklər üzünüzə çırpılanda əsəb sarsıntısı keçirərsiniz. 

Məsələn, iş yerində problemləriniz var, hər şeyin daha fərqli olmasını istəyirsiniz. Ancaq siz həyatın fürsətlərinə qarşı elə korsunuz ki, vəziyyətinizdən sanki məmnunmuş kimi günlərinizi, həftələrinizi və illərinizi keçirərsiniz.

Sevgiliniz və ya yoldaşınızla əslində bir çox probleminiz vardır. Bitdiyini sandığınız heç bir şey isə bitməmişdir. Qəlbinizdən gələn bir səs sizə daim bunu söyləyər. Hətta həmin səsə bir az qulaq assanız, sizə istiqamət belə göstərər. Lakin, insanın eqosu elə bir oyun oynayar ki, sanki həmin münasibətlər bitdikdə tənqid olunacaq və bir daha yeni səhifəyə başlaya bilməyəcəksiniz. Siz də bunu qəbul edər və heç bir problem yoxmuş kimi özünüzü aldadıb, mənliyinizi heç edərsiniz. Nəticədə gözünüzü açsanız, nəfsinizin sizdən gizlətdiyi gerçək bütün çılpaqlığı ilə qarşınızda olacaq. Həyata təmiz bir səhifədən daha mükəmməl bir halda başlaya, yeni ev qura, yeni münasibətlər qura, ya da yeni bir işdə çalışa bilərsiniz. 

Kor həyatlar

Tutaq ki, sizdən istifadə edən bir yoldaşınız var. Qəlbinizdən gələn bir səs əslində onun sizi maddi və mənəvi mənada istifadə etdiyini söyləsə də, siz özünüzü görməzliyə vurar və qurban rolundan çox məmnun bir şəkildə həyata davam edərsiniz. Ta ki bir gün acı gerçək gözlənilməz anda qapınızı döyənə qədər..

İnanın, bu gerçək daim qapını döyər. Bir çox insan buna görə yaralanar, kədərlənər və özünü alçaldılmış hiss edər. Burada insan əsasən özü-özünü aldadar. Çünki kainatın sizi yanıltmaq kimi bir niyyəti yoxdur. Əksinə, sizə dediyi budur: "Xeyr, mən sənə bir şey etmədim, sən özün kor olmağı seçdin. İndi də çox gec olmadan səni oyandırıram, yaxşılığın üçün." Kainat daim yaxşını verər. Biz hər şeyi baxış bucağımıza görə dəyişdirməyə meylli olduğumuzdan kainatın bizə təqdim etdiyi bu gerçək qarşısında korluğu seçdiyimizdən bunu "Tanrının mənə qəsdi nədir" kimi cümlələrlə qarşılayarıq.

Zamanında peyğəmbərlərin istifadə etdiyi cümlə də bu mənanı verər: "Eşidəcəklər, amma eşitməyəcəklər, dinləmiş kimi görünərlər, amma anlamazlar, baxacaqlar amma görməyəcəklər" və s. Həyatda sirr deyilən bir şey yoxdur, yetər ki, siz hisslərinizi açın və görüb eşitmək istəyin…

Kor həyatlar

Kor həyatlara ilişib qalmaqdansa, qəlbinizin səsinə qulaq asıb bütün olanları qəbul etmək nəfsinizə qarşı döyüş açmağa bənzəyər. Çünki hər şeyin öz istədiyi kimi olmasında israr edən nəfsinizin yıxılmaq niyyəti yoxdur. İnadkarlıqla həyatını puç edən insanlar var və çoxumuz belələrini görmüşük. Bax, onlara bu inadı verən nəfsləridir. İnanın, heç bir şey həyatda tək sığınacağınız deyil. Günəş hər doğulanda Tanrı yeni bir həyat bəxş edər və siz də yeni bir həyata daha dəqiq baxış bucağından baxıb özünüzü reallaşdıra bilərsiniz.

Kor həyatlar

Hədis-i Şərifdə nəfs haqqında belə buyurulur:

Peyğəmbər Əfəndimiz (s.a.s) bu mövzuda da bizləri belə xəbərdar etmişdir:

Ağıllı adam nəfsini hesaba çəkən və ölümdən sonrası üçün çalışan, aciz kimsə isə, nəfsinin arzularına tabe olan və Allahdan (olmayacaq şeylər) xahiş edən kimsədir.

"Döyüşdən döndüyü zaman Hz. Məhəmməd (s.a.s):

-Artıq kiçik cihaddan böyük cihada döndünüz - buyurdu.

-Ya Rəsulullah, biz hərbdən dönürük. Bizimki kiçik olursa, böyük cihad nədir?

-Böyük cihad nəfs mücadələsidir" buyurdu.

Nəfsini bilən Rəbbini bilir. Sənin ən böyük düşmənin nəfsindir...

12 aprel 2014
GO BACK