Qadin.NET / Yuxu yozma

Yuxu yozma

 

Yuxu yozma

 

Belə güman edirlər ki,axşamdan gecənin yarısına qədər görülən yuxular çin çıxa bilər.Gecə yarısından saat 3-ə qədər görülən yuxular ancaq 3 aydan sonra çin çıxa bilər.

Bir sıra mənbələr hətta yuxunun ayın hansı günündə görülməsinə də xusisi diqqət yetirir və ayın tarixinə görə o yuxuları mənalandırır.

Məsələn,ayın 1-də görülən yuxu adətən yaxşı, xoş olur.Həm də olduğu kimi həyata keçir.Ayın 2-də görülən yuxu isə boş yuxu olur.Ayın 3-də görülən yuxular tez həyata keçir,halbuki ayın 4-də görülən yuxular o qədər də reallaşmır.5-də görülən yuxuların mənası var,amma 6-da görülən həyata keçsə də ,o qədər yaxın vaxtda baş vermir.Ayın 7-də görülən yuxular,adətən,xoşbəxt yuxu sayılır, amma onu başqasına söyləmək məsləhət görülmür.

Ayın 25-də görülən yuxular aldadıcıdı.

Abdəst-yuxusunda abdəst aldığını görən adam,muradına yetişir və Allah adamı kimi qəbul edilir.

Abdəst pozma-kimsə yuxuda abdəstini pozsa qısa müddət içərisində sıxıntılardan qurtaracağı anlamına gəlir.

Ağarmaq-yuxuda bir adamın saçı və saqqalının ağarmasını görübsə,arvadı hamilədirsə oğlu olacaq.

Ağız- yuxuda ağzını bağlı görmək ölümə işarədi.

Ay- gənc qız yuxuda ay görsə xöşbəxt evliliyə,gənc oğlan görsə ani dəyişikliyə ,evli qadın görsə səyahətə yozulur.

Ayaqqabı-röyada ayaqqabı görmək sıxıntı olacağına işarədi.

Ana-ananı ağlayan görmək kədərə,gülər görmək şad xəbər,ölmüş görmək böyük bir sevincə nail olmaq,ananı döymək xəstəliyə işarədir.

Ata -atanı kədərli görmək təhlükə olacağına,sevincli görmək səhhətin yaxşılaşacağına,ailəsini atıb getmək acı xəbər olacağına işarədi.

Boşanma- kişi görsə xeyrə yozulmaz,qadın görsə ər-arvad arasına başqa birinin girəcəyinə işarədi.

Qan –qan qovuşmaqdı .

Qarpız-qarpız kəsmək pis xəbərdi ,yemək isə haqqınızda dedi qodu olacağına işarədi.

Döşək –ayrılıqdı.

İnək- xəstəlikdi.

Hündürdən yıxılmaq- kimsə sizin qeybətinizi qırır.

Saç –uzun ömür və var dövlətə yozulur.

Əsir düşmək –unutduğun borc.

Pişik-pişik görənin evinə oğru girər.

İt- yuxuda it səni yeyirsə demək sənin bədinə danışıblar.

11 yanvar 2011
GO BACK