Qadin.NET / 13 maddəli tənbəllik manifesti

13 maddəli tənbəllik manifesti

 13 maddəli tənbəllik manifesti

Tənbəlliyin nə olduğu bəlli olsun istədik, bu da tənbəllik manifesti.

1.  Lazım olan bir şeyi götürmək üçün yerindən qalxmaq lazımdırsa, o şey o qədər də lazım deyil. Televizorun pultuna yerindən qalxmadan uzanmağa çalışarsan, lakin əlinin çatmadığı bir yerdədirsə, açıq olan kanalı izləməyə davam edərsən. 

2. Bir tənbəl yemək bişirməkdənsə aclıqla mübarizə aparar. Hazır yemək sifariş edəcək qədər pul yoxdur, ancaq yemək bişirmək üçün lazımi ərzaqlar varsa, tənbəl adam yemək bişirməyə ərinər və yavan çörək yeyər.

3. Tənbəllər imtahandan əvvəl dərs etməkdənsə, "Sonra çalışaram" deyərək özünü stressdən uzaqlaşdırar. "Necə olsa, imtahanı verəcəyəm" prinsipi tənbəlliyin canındandır. 

13 maddəli tənbəllik manifesti

4. Bir tənbəl yuxusu gəldiyi zaman divanda uzanmışsa, yatağına getmək əvəzinə divanda qalmağı seçər. Tənbəllər üçün "Dur, yerində yat" cümləsi çiyinlərinə yüklənən tonlarla ağırlıq kimidir. Və təbii ki, onlar bu yükü daşımazlar.

5. Tənbəllik - tənbəllik yolunda texnologiyanın bütün imkanlarından faydalanmağı bilməkdir. Tənbəl insan evin içində başqa otaqda olan insana telefonla zəng vuraraq və ya mesaj göndərərək səslənər.
6. Təxirə salmaq tənbəlliyin vazkeçilməz qanunudur. Saatın zəngi, görüləcək işlər, ertələnə biləcək nə varsa, təxirə salar. Bir tənbəl lazım olsa, təxirə salma barədə kitab yaza biləcək haldadır, amma o, kitabı yazmağa da ərinir.
7. Bacardıqca edəcəyi işləri olduğu yerdən həyata keçirər. İşığı söndürmək üçün işığın düyməsinə müxtəlif cisimlər atmaq, baxacağı istiqamətə başını çevirmədən baxmaq kimi tədbirlər də buna daxildir.
8. Yaşadığı evin sahəsi tənbəlliyə görə təşkil edilir. "Mətbəxə təkrar-təkrar getməyim" deyərkən bir də baxır ki, bütün mətbəx otağındadır. Otağına duş və unitaz yerləşdirmə fikri daim tənbəlin ağlındadır.
13 maddəli tənbəllik manifesti
9. Yataq tənbəl üçün qaladır. Tənbəl adam yatağında yatar, yatağında yemək yeyər, yatağında internetə girər, yatağında filmlərinə, seriallarına baxar.
10. Tənbəl insan lazım olsa, digər insanlardan məqsədi üçün istifadə edir. Şirin-şirin "Durmuşkən mənədə bir stəkan su gətir" demək tənbəllərin ən diqqətə çarpan xüsusiyyətlərindəndir.
11. Tənbəllərin də özünə görə gigiyena və nizam anlayışı vardır. Çay və ya qazlı içki içilən stəkanı suyla çalxalamaq kifayətdir. Təmiz qab-qacaqları da şkafa yerləşdirməyə ehtiyac yoxdur, ehtiyac olduqca qabyuyan maşından götürüb istifadə etmək ən gözəlidir. Toz almaq ildə bir dəfə edilsə də olar. "Necə olsa axşam təkrar yatacağam" deyə yataq toplamamaq, "Onsuz da geyinəndə qırışacaq" deyə paltar ütüləməmək.
12. Bir işin nə səbəbə görə edilə bilməyəcəyi ilə əlaqədar onlarla bəhanə uydura bilər. "Ən yaxşısı çölə çıxmayım, onsuz da hava çox soyuqdur. Bir də xəstə kimiyəm onsuz da. Həm çölə çıxsam, mütləq pulda xərcləməliyəm. Sonra...
13. Tənbəllik haqqında daha uzun yazıla biləcək manifestdir, 13 maddə ilə kifayətlənmək lazımdır, məncə.
Bu tənbəlliklə bu qədər yazmaq belə böyük uğurdur.biggrin
16 mart 2016
GO BACK