Qadin.NET / Nobelin son sahibindən maraqlı əhvalatlar

Nobelin son sahibindən maraqlı əhvalatlar

Nobelin son sahibindən maraqlı əhvalatlar

Dünyanın ən yaxşı yazıçılarından biri, Nobel mükafatının sahibi Alice Munronun kitabındakı səkkiz əhvalatın hər birinin məzmunu dərinliyi və böyüklüyü ilə roman ola biləcək qədər ətraflıdır. Eyni zamanda bu qısa hekayələr bir nəfəsdə oxunacaq qədər maraqlıdır.

Hekayələrin hamısında bir neçə aydan 40 ilə uzanan geriyə qayıdışlar var. Bu qayıdışların heç birində yaşananlara bəhanə göstərilmir, sadəcə, həyatın keçmişdəki həmin zaman kəsiyi göstərilir. Üstəlik, hadisələrdə həddən artıq romantiklik olmadan, soyuqqanlı bir yaxınlaşma izah edilir. "Güclər" adlı əhvalatın bu cümləsində bu yaxınlaşma ən diqqətçəkən şəkildə vurğulanıb: "Amma ondan etdikləri, etmək istədiyi şeylər soruşulsa, keçmişdə yaşamaqdan çox keçmişi açıb yaxşıca izləmək istədiyini deyər".

Hekayələrin hamısı ölüm faktını göstərir, amma eyni vaxtda hər əhvalat gözlənilməz, hətta açıqlanmayacaq insan davranışlarıyla çaşdırıcı olur. Alice Munro heç bir əsərində cinsəlliyi gözə soxmaq dərəcəsində ön plana çıxarmadığı halda, cinsəlliyi bu və ya başqa şəkildə bütün əhvalatlarda ifadə edir. Munronun bənzərsiz təsvirlərdə çəkdiyi insanlar az qala hər kəsə tanış gələcək qədər gerçəkdir. Onun hər zamankı ustalığı ilə sadə döşənmiş boş salonların tavan aralarını izah edərkən həmin məkanlarda rahat gəzə bilərsiniz.

Nobelin son sahibindən maraqlı əhvalatlar

Alice Murno 1931-ci ildə Ontarioda anadan olub. Kanadalı tənqidçilərin "Bizim Çehrov"umuz" adlandırdıqları hekayə yazıçısının "Dance of the happy shades "("Xoşbəxt kölgələrin rəqsi" - 1968); "Lives of girls and women" ("Gənc qızların və qadınların həyatı" - 1971); "Something I've been meaning to tell you" ("Sənə demək istədiyim bir şey var" - 1974); "The beggar maid" ("Kasıb xidmətçi" - 1978); "The moons of jupiter" ("Yupiterin ayları" - 1982); "The progress of love" ("Sevginin inkişafı" - 1986); "Friend of my youth" ("Gənclik dostum" - 1990); "Open secret" ("Açıq sirr" - 1994); "Uşaqlar qalır" (1988); "Nifrət, dostluq, eşqbazlıq, sevgi, evlilik" (2001), "Ferarik" (2004); "The view from the castle rock" ("Castle rockdan görünüş" - 2006); "Bəzi qadınlar" (2009); "Dear life" ("Sevgili həyat" - 2012) adlı əsərləri dərc edilib. Munro yazıçılıq karyerası boyunca Kanadada bir çox mükafata layiq görülüb. Bundan başqa 2013-cü ildə "Nobel "ədəbiyyat mükafatının da sahibi olub.

7 aprel 2014
GO BACK