Qadin.NET / Dünyanın yenidən inşası - Venera layihəsi

Dünyanın yenidən inşası - Venera layihəsi

 Dünyanın yenidən inşası - Venera layihəsi

Hər kəs həyatımızı yaxşılaşdıran şeyin nə olduğunu düşünmüşdür. Bu gün bütün gərəksiz təşkilatları bir kənara buraxsaq, həyatımızı yaxşı hala gətirən şeyin texnologiya olduğunu görəcəyik. Texnologiya insanın doğuşundan bəri həyatını daha asan hala gətirir. Tüstü ilə xəbərləşməyi belə texnoloji inkişaf sayarkən, bu an texnologiyanın qarşısına qoya biləcəklərimizi illər əvvəl xəyal belə edilə bilməzdik.

Dünyanın yenidən inşası - Venera layihəsi

Bu gün onlarsız yaşamağı düşünə bilməyəcəyimiz bir çox cihaz alimlərin yaradıcı zəkalarıyla istehsal edilib. Amma hər texnoloji inkişaf üçün atılacaq ilk addımdan əvvəl belə sual yaranır: kifayət qədər maliyyə qaynağımız varmı? Kifayət qədər pul və ya qızıl olmasa belə, bu gün bütün insanların hər cür ehtiyacını ödəyə biləcək sərhədsiz təbii qaynaq var.

Dünyanın yenidən inşası - Venera layihəsi

1995-ci ildə mühəndis Jacque Fresco və Roxanne Meadows tərəfindən başlanan layihə bütün qaynaqları insanların istifadəsinə açmağı hədəfləyir. "Venera layihəsi" adlı layihə özündə onlarla fərqli layihəni birləşdirir. İstehsal, xidmət və ağla gələ biləcək hər cür sektorda insan gücünü 90% azaldacaq, amma bunu edərkən də insanların həyata motivasiyasını azaltmayacaq gələcək vəd edir.

Dünyanın yenidən inşası - Venera layihəsi

Xüsusilə "Zeitgeist" adlı sənədli film ilə böyük əks-səda oyandıran bu layihə bəzi seqmentlərə görə pul və qaynaq üçün aparılan savaşlara da maneə törədə bilər. Amma bir tərəfdən də bəziləri üçün bir utopiya ola bilər. İndi Venera layihəsinin məqsədinin nə olduğunu, buna necə çatmağı planlaşdırdığını və daha da əhəmiyyətlisi, diqqətləri üzərinə çəkən dünyagörüşünü araşdıraq.

Dünyanın yenidən inşası - Venera layihəsi

Layihə dünya sistemlərinin hamısının maddi məqsəd güddüyünü və belə sistemlərdə istehsal edilən hər cür vasitənin yalnız qısa bir müddət üçün dayanıqlı olduğunu iddia edir. İddiasını dəstəklədiyi düşüncə budur: əgər istifadə edilən bütün vasitə və vəsaitlər gerçək olan texnologiyanın təqdim etdiyi ən yüksək keyfiyyətdə istehsal edilsəydi, üç aydan bir dəbdən düşən elektronik cihazlara sahib olmazdıq.

Dünyanın yenidən inşası - Venera layihəsi

Əgər ehtiyacımız olan hər şeyi istehsal etmək üçün uyğun qaynaq və texnologiya kifayət qədər olsaydı, bir çox şeyləri satmağa gərək qalmayacaqdı. Eyni şəkildə, əgər avtomat və maşınlar texnoloji baxımdan insanları iş-gücü olmaqdan qurtaracaq qədər inkişaf etmiş olsaydı, ortada iş sahibi olmaq üçün heç bir səbəb qalmayacaqdı. 

Dünyanın yenidən inşası - Venera layihəsi

Bəs planetimiz kifayət qədər qaynağa sahibdirmi? Hər şeyin pulsuz olduğu, bolluq içində bir dünya mümkündürmü? Fresco bu suala "Bəli" cavabını verir. Frescoya görə, artıq təbiəti çirkləndirən qalıq yanacaqlardan istifadə etmək məcburiyyətində deyilik.

Dünyanın yenidən inşası - Venera layihəsi

Bunlardan ən geniş yayılanı külək və günəş enerjisidir, amma onların gerçək potensialları hələ də açıqlanmayıb. Cəmiyyət tərəfindən qəbul edilən yeganə düşüncə bu qaynaqların qeyri-kafi olduğudur. Günəş şüalarının günorta saatlarındakı bir saatlıq hissəsi dünyanın bir ildə istehlak etdiyi enerjidən daha çox enerji təşkil edir. Bu enerjinin 1%-lik gücü belə digər enerji qaynaqlarına aslılığımızı ortadan qaldıra bilər.

Dünyanın yenidən inşası - Venera layihəsi

Gerçək məhsuldarlığı bilinməyən digər bir enerji qaynağı isə regional olduğu üçün praktik olmayan külək enerjisidir. Ancaq ABŞ Enerji Nazirliyi 2007-ci ildə Amerikanın 50 əyalətindən yalnız 3-də küləklə ən yüksək məhsuldarlıqla əldə edilən enerjinin bütün xalqa bəs edəcəyini qəbul etdi.

Dünyanın yenidən inşası - Venera layihəsi

Digərlərinə nəzərən daha az bilinən iki enerji daha var. Okean səthindəki hərəkəti tutan turbinlər vasitəsiylə istehsal olunan enerji üçün tək Birləşmiş Krallıqda belə uyğun 42 bölgə mövcuddur. Bu da ölkədəki enerjinin 34%-i deməkdir. Okeanın səthindəki hərəkətlərdən enerji əldə edən dalğa gücü isə bütün planetin illik enerji istifadəsinin 50%-ni qarşılaya bilir.

Dünyanın yenidən inşası - Venera layihəsi

Bütün planetə təkbaşına çata biləcək başqa bir forma da geotermal enerjidir. Massachusetts Texnologiya İnstitutunun hesabatına görə, təməldə istilik mədənçiliyi olan bu forma dünyanın 4000 illik enerjisini qarşılaya bilir. Dünyanın mərkəzində istilik istehsalı davamlı yeniləndiyindən bu enerjinin həqiqətən sərhədsiz olduğunu görürük. Bu enerji bolluğu çirklilik yaratmır, qənaət tələb etmir və pulsuzdur.

Dünyanın yenidən inşası - Venera layihəsi

Layihədə yanmaz, hava keçirməz, öz enerjisini çıxara bilən, istiləşmə və soyumanı günəş panelləri və izolyasiya yolu ilə təmin edən, suvarma və filtrləmə sistemləri olan, təbii peyzajlı, qida istehsalını əlverişli edən şəhər planları var. Dağların kənarında, kimsəsiz adalarda, meşələrin içində fərdi evlər inşa edilə bilər.

Dünyanın yenidən inşası - Venera layihəsi

Bir başqa layihə "Maglev Trains" adlı itələyici qüvvə üçün maqnitlərin istifadə edildiyi və havada asılı dayanan qatarlardır. Təkərləri olmadığından relsdən çıxmır, su altında və ya quruda, bir balonun içində, 6440 km/s sürətlə gedə bilir. Qitələrarası səyahətin gələcəyi qatarlar Vaşinqtondan Pekinə olan səyahəti 2 saat azalda biləcək potensiala malikdir və enerji təmin etmək üçün neft kimi yanacaqlara ehtiyacı yoxdur.

Dünyanın yenidən inşası - Venera layihəsi

Bu texnoloji yeniliklərdən təyyarələr də nəsibini alır. Artıq şaquli cəhd və eniş sistemləri sayəsində qanadcıq, sükan və başqa mexaniki nəzarət sistemlərinə ehtiyac duymadan, yalnız elektrodinamik vasitə ilə hərəkət edən, daha yaxşı manevr qabiliyyəti və aerodinamik xüsusiyyətlər təqdim edən təyyarələrlə səfər etmək, bütün dünyanın nəqliyyat sistemlərində istifadə xəyal olmaya bilər.

Dünyanın yenidən inşası - Venera layihəsi
Bundan başqa sistemin təqdim etdiyi bu xüsusiyyətlər şəxsi avtomobillərdə də əks olunur. Yüksək sürət, enerji məhsuldarlığı, uzun mənzilli nəqliyyatı təmin edən və səsli əmrlə çalışan, ətrafı kirlətməyən vasitələrin həyatımıza girməsinin mümkünsüz olmadığını göstərir.
Dünyanın yenidən inşası - Venera layihəsi

Və bunun kimi eyni dizayn sxemi ilə meydana gəlmiş, hidrodinamik dizaynlı dəniz nəqliyyat vasitələri ilə ŞİLEP layihələrinin ən azından texniki olaraq mümkün olduğu nəzərdə tutulur.

Dünyanın yenidən inşası - Venera layihəsi

"Dünyada səhv bir şeylər var" düşüncəsi ilə hərəkət edən layihə yeni kəşf edilmiş qaynaq bolluğu ilə eqoizm, korlanma və acgözlüyə olan meyli azaltmağı, insanlara bir-birinə güvənmə motivini hədəfləyir. 

Dünyanın yenidən inşası - Venera layihəsi

Lakin gerçək məhsuldarlığını bilmədiyimiz enerji qaynaqları və sahib olduğumuz texnoloji potensialı görməyimiz baxımından motivasiyaedici olduğunu söyləmədən də keçə bilmərik. Layihənin bu qədər yaxın olan və yalnız bir neçə il əvvəl ancaq xəyallarımızı bəzəyə biləcək inkişafların real olmağını bilməyimiz təmin edir və bizi bu fikirlərə daha yaxınlaşdırır.

Bəs siz necə? Belə bir dünyada yaşamaq istərdinizmi?

9 aprel 2014
GO BACK