Səhər oyanan kimi güzgüyə baxırıq.Axşam yatmazdan əvvəl də qeyri-ixtiyari olaraq güzgüyə nəzər yetiririk.Sanki hər gün onunla salamlaşıb,sağollaşırıq.Hətta ağlayanda da güzgüyə baxıb,göz yaşlarımızı silirik.Güzgü - energetik örtüyə,səthə malikdir.O,həm mənfi,həm də müsbət enerjinin daşıyıcısıdır.Güzgülər qədim dövrə malikdir.
İlk dəfə tunc dövründə yaranmışdır. Üzərləri cilalanmış bürüncdən, poladdan və gümüşdən ibarət idi. Tez paslandığından ömürləri qısa olurdu.Elə bu səbəbdən də güzgülərin istifadəsi zamanla unudulmuş və yalnız 1291-ci ildə yenidən gündəmə gəlmişdir.O dövr üçün güzgülərin satışa çıxarıldığı ölkə Venesiya idi.Çox kiçik,kitab formalı güzgülər digər güzgülərə nisbətən baha qiymətə satılırdı.İlk böyük həcmli güzgülər Fransız sənətkarlar tərəfindən ixtira edilməyə başlanıldı.Keçmiş zamanlarda güzgü hədiyyə etmək xeyirxahlığın ən uca zirvəsi sayılırdı.
Güzgünün 3 növü var:
1.Dördkünc güzgülər
2.Oval güzgülər
3.Formalı güzgülər
Hamilə,zahı qadınlar güzgüyə yalnız səhər və günorta baxa bilərlər.Axşam güzgüyə baxmaq qəti olmaz.Yoxsa şər qüvvələrin təsirinə məruz qalarlar. Ümumiyyətlə gecə yatanda güzgünün üzərini örtmək məsləhət görülür. Toy günü güzgü öndə gedir.Bunun da əsas səbəbi bəy-gəlinə dəyə biləcək göz-nəzər,bəd niyyət və mənfi enerji güzgüyə hopsun,cütlüklərə ziyan vurmasın deyə.
Yeni doğulmuş körpəni 6 aylığına kimi güzgüyə yaxınlaşdırmaq olmaz.Çünki uşağın bəsirət gözü o vaxta kimi açıq,aura qatı zəif olur.O səbəbdən də güzgü uşağın ruhunu apara bilər.Yaxud da ən dəhşətlisi uşaq gec dil açıb,gec yeriyə bilər.Hər zaman güzgüyə baxarkən təbəssüm edin.Güzgüdə gördüyünüz o xoş,enerji dolu təbəssümünüz,gözəl əhval-ruhiyyə ilə sizin özünüzə qayıdacaq.
Əzizlərim,bəs siz güzgüyə tez-tezmi baxırsınız? Ya sadəcə güzgü önündən keçərkənmi sadəcə özünüzə nəzər yetirirsiniz?