Qadin.NET / Heç kimin tanımadığı fotoqraf

Heç kimin tanımadığı fotoqraf

Heç kimin tanımadığı fotoqraf

Bu qadın tanınmış fotoqraf deyil. O həyatda olan vaxt heç bir fotosu heç yerdə dərc edilməyib. Lakin onu həvəskar fotoqraf adlandırmağa adamın dili gəlmir. Bu xanımın adı Vivyen Mayerdir. O, vəfatından sonra - 2009-cu ildə mülk üzrə agent Con Malof anbarından kimə aid olduğu məlum olmayan bir neçə qutu tapdıqdan sonra məhşurlaşıb. Bu qutularda təxminən 100 000 neqativ və hələ işlənilməyən plyonkalar var idi. Con onları araşdırdıqda çox təəccüblənir. Neqativlər küçə şəkilləri janrında olan, 60-70-ci illərdə çəkilmiş gözəl şəkillərə çevrilməyə başlayır. Bəzi şəkilləri internetə qoyduqdan sonra o, sərgi  təşkil etmək, Vivyen Mayer və onun həyatı haqda sənədli  film çəkmək haqda  200-ə yaxın təklif alır.   

Heç kimin tanımadığı fotoqraf

 

Heç kimin tanımadığı fotoqraf

Vivyen heç vaxt öz şəkillərinin nəşrində maraqlı olmayıb.  Onun arxivi 100 000-dən çox neqativdən ibarət idi, onları həmişə ehtiyatla saxlayırdı. Heç vaxt bu hobbisindən pul qazanmırdı, bundan əlavə, tanışları onun fotoşəklə olan bu ehtirası haqqında heç nə bilmirdilər. Və yalnız ölümündən sonra, təsadüf nəticəsində bu kadrlar tarixin bir hissəsinə çevrilir. İndi, müasir mühazirəçilər bu şəkillər sayəsində o dövrün dəbindən və həyat tərzindən danışır. 

Heç kimin tanımadığı fotoqraf

Vivyen həyatının çox hissəsini Çikaqoda keçirir və varlı ailələrdə mürəbbiyə işləyirdi. Boş vaxtlarında "Rolleiflex" kamerası ilə şəhərin küçələrində dolaşır və gözəl ağ-qara şəkillər çəkirdi. Vivyenin işlərinin cəmiyyətə necə təqdim edilməsi haqda ayrıca danışmaq lazımdır. Gəlin yaxın tarixə səyahət edək: 2007-ci il, Çikaqo. Con Malof — mülkiyyət agenti kimi işləyən 26 yaşlı oğlan Çikaqonun sakinləri haqda kitab yazır. Bir gün hərracda 400 dollara anbarda kimə məxsus olduğu bilinməyən bir neçə qutu alır. «Bəlkə də bu, mənim kitab yazmağıma kömək edəcək» - deyə düşünür. Şəkilləri görəndə isə təəccüblənir. Qutuların birində fotoqrafın adını tapır -  Vivian Mayer. Fotoqrafın kimliyini araşdırır və bir vaxtlar Vivyenin yaşadığı ailəni tapır. Ailə kolleksiyaya onun şəxsi əşyalarını — geyimləri, çamadanı, qutuları, şəkilləri və onun fototexnikasını verir.

Heç kimin tanımadığı fotoqraf

Vivyenin həyatı haqda məlumat çox azdır. Bəzi mənbələrə görə, o Fransadandır, bəziləri isə deyir ki o Nyu-Yorkdandır. Onun anası fransız, atası isə avstraliyalı olub. Uşaqlıqda tez-tez Fransadan ABŞ-a köçüb, lakin onun əsl yaşayış yerini dəqiq heç kim bilmir. 25 yaşında Vivyen ABŞ-a köçür, burada onun karyerası küçə şirniyyat evindən başlayır. Sonra isə 40 il dayə işləyir, bu illərin 14 ilini eyni ailədə keçirir.

 

Heç kimin tanımadığı fotoqraf

Heç kimin tanımadığı fotoqraf

 

O, kişi şalvarları, kişi ayaqqabıları geyinir və demək olar ki, hər zaman şlapalar taxardı. Xasiyyətcə qapalı insan idi, lakin uşaqlarla hər zaman yaxşı yola gedərdi. Qocaldıqda Vivyenin tərbiyə etdiyi uşaqlar onun vəziyyətinin pis olduğunu öyrənir, ona ev alır, evin bütün xərclərini ödəyirlər.  2008-ci ildə Vivyen buzda sürüşüb yıxılır və beyni zədələnir. Bir ildən sonra qocalar evində dünyasını dəyişir. 

Ekspretlər Vivyenin işlərini 20-ci əsrin küçə fotoqraflarının işləri ilə eyni sıra qoyurlar. Onun ilk sərgisi 2012-ci ildə Norveçdə, ikincisi isə yanvar ayında «Chicago Cultural Center»də nümayiş etdirilir. Con Malof onun şəkillərindən ibarət kitab dərc etməyi planlaşdırır.

 

Sədəf 

16 mart 2016
GO BACK